Aleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

Aleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edirSerbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir.

"Report" xəbər verir ki, bunu Serbiyanın Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində sahibkarlarla işgüzar görüşü zamanı deyib.

Prezident ölkəsi ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafından danışıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə gələcək əməkdaşlıq üçün yeni istiqamətlər müzakirə olunub və danışıqlar məhsuldar keçib.

Aleksandar Vuçiç Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Prezident Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin artırılmasının vacibliyini vurğulayıb.

Aleksandar Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa çağırıb. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortları, eləcə də kənd təsərrüfatı məhsulları sahəsində əməkdaşlıq imkanlarının olduğunu bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 339   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azıx mağarası - Azərbaycanlıların ilk evi - (Video)

Azərbaycanın tarixi irsinin ən mühüm abidələrindən sayılan Azıx mağarasından yayılan yeni görüntülər sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib. xəbər verir ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan mağaradan lentə alınan kadrlar qısa müddətdə geniş maraq doğurub. Paylaşıla

22 iyul
.

Tofiq Mirzəyev vəfat etdi

Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev İsraildə 94 yaşında dünyasını dəyişib. Qaynarinfo xəbər verir ki, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında məlumat yayıb. Qeyd edək ki, O, "Uşaqlığın son gecəsi", "Nəsimi", "İstintaq"

22 iyul
.

Pensiya alanların DİQQƏTİNƏ!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərl

21 iyul
.

Salyandakı qəzada ölənlərin - Fotoları

Salyanda ağır yol qəzasında ölənlər daş bazarında işləyən sürücü və fəhlələr olub. "Qafqazinfo" xəbər verir ki, Salyanın Şorsulu kəndindən olan şəxslər işdən evə gedirmişlər. Hadisə nəticəsində ölənlər - Elnur Faiq oğlu Əhmədov, İlkin Qismət oğlu Qasımov və Nizami Həsənağa oğlu Qasımovun fotoların

21 iyul
.

Günay Əfəndiyeva: "Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır"

22 iyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, fotojurnalistləri, operatorları və bu sahədə çalışan hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan mətbuatının tarixi xalqımızın milli oyanış, maariflənmə və ictimai-siyas

22 iyul
.

AZAL Milli Mətbuat Günü münasibətilə intellektual yarış təşkil etdi (FOTO)

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün "Fibonacci" intellektual yarışını təşkil edib. Tədbirin məqsədi media nümayəndələri ilə intellektual mühitdə bir araya gəlmək, qarşılıqlı dialoqu daha da möhkəmləndirmə

22 iyul
.

20 manat istədi, 700 manat götürdü - Bakıda qeyri-adi soyğunçuluq

Bakıda qeyri-adi soyğunçuluq hadisəsi baş verib. Qaynarinfo xəbər verir ki, sərnişin kimi mindiyi avtomobildə əvvəlcə sürücüdən 20 manat istəyən qadın, pul qabı çıxarılan anda onun əlindəki vəsaiti götürüb. Ardınca isə sürücünün pulu geri tələb edəcəyi halda özünü avtomobilin altına atacağını və polis

21 iyul
.

"Qarabağ"- "CSKA SOFIA" oyunundan əvvəl fan zona təşkil olunacaq

Avropa Liqasının ikinci təsnifat oyununda "Qarabağ" "CSKA SOFIA" ilə qarşılaşacaq. Qarşılaşmadan öncə azarkeşlər üçün "Azərsun Holdinq"in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunun önündə xüsusi fan zona yaradılacaq. Fan zonada əyləncəli proqram 23 iyul 18:00-dan başlayacaq

22 iyul
.

Arzumun növbəti məhkəməsidir - Amalın xanımı hökmdən narazıdır

20 gün əvvəl həbs edilən bloqer İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır. "Qafqazinfo"nun məlumatına görə, Arzum indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib. Bloqerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiy

22 iyul