Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq almalısınız

Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq almalısınızTəcrübədə müəssisələrdə gecə saatlarında işləyənlər olsa da, onların əməkhaqlarının gündüz işləyənlərdən fərqlənmədiyi hallarına rast gəlinir. Beləliklə, eyni işi yerinə yetirmələri əsas gətirilərək, onlara eyni məbləğdə əməkhaqqı ödənilir.

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir?

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Əmək Məcəlləsinin 166-cı maddəsində bildirilir ki, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarında deyilir ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir.

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi barədə izahata görə, çoxnövbəli iş rejimi deyildikdə müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti 40 saatlıq iş həftəsində 8 saatdan çox olmayan iş rejimi başa düşülür.

Əmək Məcəlləsinə əsasən, saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən, iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

İş vaxtının ən azı yarısı gecə vaxtına düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir.

Məsələn, fasiləsiz fəaliyyət göstərən müəssisədə işçilər çoxnövbəli iş rejimində çalışırlar. Bu məqsədlə onlarla bağlanılan müqavilədə axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən olunur. Bu halda ilin hər hansı bir ayı ərzində işçi 160 saat işləyib. Bunun 40 saatı axşam, 40 saatı gecə, 80 saatı isə gündüz növbəsində çalışıb. İşçinin aylıq 1000 manat əməkhaqqı almasını nəzərə alanda, işçinin saatlıq tarif maaşı 6,25 manat təşkil edəcək.

Axşam növbəsinə görə əlavə haqq: (40x 6,25) 20% = 50 manat

Gecə növbəsində işlərə görə əlavə haqq: (40x6,25) 40% = 100 manat

İşçinin maaşı 1000 + 50 + 100 = 1 150 manat təşkil edəcək.

Digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının (saat 22-dən sonra) hər saatına görə saatlıq tarif maaşının 20 faizi həddində əlavə haqq verilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 549   Tarix: 20 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb

"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

8 sentyabr
.

PISA 2025: Azərbaycanın oxu savadlılığı üzrə nəticələri AÇIQLANDI

"Azərbaycan PISA 2025-də oxu savadlılığı üzrə 374 bal toplayaraq 91 ölkə və region arasında 71-ci yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 405 bal təşkil edib və paytaxt əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə 39 bal irəliləyib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs

8 sentyabr
.

PISA 2025: Azərbaycanın iqtisadi rayonları üzrə şagirdlərin nəticələri AÇIQLANIB

"PISA 2025 nəticələrinə əsasən, Bakı iqtisadi rayonu riyazi savadlılıq üzrə 460 bal, təbiət elmləri üzrə 440 bal, oxu savadlılığı üzrə isə 405 bal toplayıb. Bu göstəricilər iqtisadi rayonlar arasında müvafiq olaraq riyazi və oxu savadlılığı üzrə ən yüksək nəticələr sırasındadır". xəbər veri

8 sentyabr
.

Yollar təmirə bağlanır, tıxac artır: Sürücülər nə etməlidir?

Yolların təmirə bağlanması nəqliyyat axınının alternativ küçələrə yönəlməsinə və həmin ərazilərdə sıxlığın artmasına səbəb ola bilər. Belə məhdudiyyətlər zamanı avtobus marşrutlarının da hərəkət sxemləri dəyişdirilir və bəzi istiqamətlərdə intervallar arta bilər. Bəs, təmir müddətində yaranan tıxacları

8 sentyabr
.

PISA 2025 nəticələrini Azərbaycan şagirdlərinin təhsil göstəriciləri baxımından necə qiymətləndirmək olar? - AÇIQLAMA

PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri açıqlanıb. Barədə elm və təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi mətbuat konfransında məlumat verib. Bəs görəsən PISA 2025 nəticələrini Azərbaycan şagirdlərinin təhsil göstəriciləri baxımından necə qiymətləndirmək olar?

9 sentyabr
.

"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video

"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli

9 sentyabr
.

Bu ərazi üzrə PENSİYALAR VERİLDİ

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə -a ƏƏSMN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankları

8 sentyabr
.

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidəki "zipline" iki stasionar dirək arasında bağlanılmı

9 sentyabr
.

Əvvəl qıraqda, indi metronun girişində: Azyaşlıların diləndirilməsində yeni metod?

Metronun "Koroğlu" stansiyasının girişində azyaşlının sərnişinlərin hərəkət hissəsində dilənçilik etməsi narazılığa səbəb olub. -a daxil olan məlumata əsasən, uşağın anası yaxınlıqda dayanaraq ona kənardan nəzarət edir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb

9 sentyabr