Gənclər niyə onlayn tanışlıq platformalarına axın edir? - ARAŞDIRMA
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da son illərdə onlayn tanışlıq sürətlə yayılıb.
Tanışlıq tətbiqlərinə maraq nəzərəçarpacaq dərəcədə artıb və insanlar ətraflarında olan digər tənha şəxslərlə tanış olmaq üçün bu platformalara daha çox üz tuturlar.
Bəs gənclər niyə bu tətbiqlərə axın edir?
Sosioloq M. Məmmədova isə hesab edir ki, onlayn tanışlıq platformalarının geniş yayılması müasir dövrdə insanların sosial münasibətlər qurma formasını dəyişib. Onun sözlərinə görə, sürətli həyat tərzi, vaxt məhdudiyyəti və insanların getdikcə daha çox rəqəmsal mühitdə vaxt keçirməsi virtual münasibətləri adi hala çevirib:
"Əvvəllər insanlar daha çox dost çevrəsi, iş mühiti və ya sosial tədbirlər vasitəsilə tanış olurdu. Hazırda isə texnologiyanın inkişafı münasibətlərin qurulma formasına da təsir göstərib. Xüsusilə gənc nəsil üçün virtual platformalarda ünsiyyət qurmaq daha rahat görünür. Çünki burada insan özünü təqdim etmək, qarşı tərəfi seçmək və münasibəti idarə etmək baxımından daha sərbəst hiss edir. Bununla yanaşı, virtual münasibətlərin həddindən artıq üstün tutulması real sosial əlaqələrin zəifləməsinə, insanlar arasında emosional məsafənin artmasına da səbəb ola bilər".
İT mütəxəssisi Elvin Abbasov mövzu ilə bağlı Sonxeber.az-a açıqlamasında bildirib ki, tanışlıq platformalarının inkişafı uzun illərə dayanır:
"90-cı illərin sonlarından etibarən müxtəlif tanışlıq saytları yaranmağa başladı. Daha sonra Facebook kimi iri sosial şəbəkələr həyatımıza daxil oldu. Smartfonların yayılması ilə birlikdə isə mobil tətbiqlər üzərindən fəaliyyət göstərən tanışlıq platformaları populyarlaşdı. Bu tətbiqlərin bir qismi ödənişli, digərləri isə pulsuz fəaliyyət göstərir. Hər birinin arxasında isə onların maliyyə davamlılığını təmin edən güclü marketinq sistemi dayanır və bu sahədən ciddi gəlirlər əldə olunur".
Virtual ünsiyyətin bəzi insanlar üçün niyə daha rahat və üstün hesab edildiyinə gəlincə, psixoloq Gülər Məmmədova bildirib ki, bunun əsas səbəblərindən biri gənclərin qapalı platformalarda özlərini daha sərbəst hiss etməsidir:
"Bir çox gənc sosial münasibətlərini məhz qapalı platformalarda qurmağa üstünlük verir. Belə mühitdə insanlar kimliyindən asılı olmayaraq daha rahat ünsiyyət yarada bilirlər. Çünki burada onlar daha çox ‘real Mən’lərini deyil, ‘ideal Mən’lərini təqdim edir, özlərində olmayan xüsusiyyətləri varmış kimi göstərərək kompleks hiss etmədən münasibət qururlar. Eyni zamanda sosial fobiyası, utancaqlığı və ya qapanıqlığı olan şəxslər virtual ünsiyyətdə özlərini daha komfortlu hiss etdikləri üçün bu platformalara daha çox yönəlirlər. İnsanlar bəzən öz üzərlərində işləmək, müəyyən bacarıqlar əldə etmək əvəzinə, bu tətbiqlər vasitəsilə münasibətlərdə özlərini təsdiqləməyə çalışırlar. Nəticədə isə bu hallar müəyyən problemlərə və konfliktlərə yol aça bilir", - deyə psixoloq vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Prezident onları təltif etdi - Adlar
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI