"WUF13-də səslənən fikirlər və təqdim olunan ideyalar şəhərsalma və urbanizasiya sahəsində mühüm töhfələr verə bilər" - DEPUTAT

"WUF13-də səslənən fikirlər və təqdim olunan ideyalar şəhərsalma və urbanizasiya sahəsində mühüm töhfələr verə bilər" - DEPUTATBakıda keçirilən dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası(WUF13) başa çatdı.

Forumun bağlanış mərasimində çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib ki, WUF13-də 176 ölkədən 57 mindən çox iştirakçı iştirak edib. Onun sözlərinə görə, Forumda 11 dövlət başçısı, 88 nazir, 76 nazir müavini və 130 şəhər meri iştirak edib.Tədbirə 2 mindən çox şəxs onlayn formatda qoşulub. Forum çərçivəsində ümumilikdə 579 sessiya təşkil olunub. Urban Expo sərgisini isə 74 mindən çox insan ziyarət edib.İstər BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təmsilçiləri, istərsə də xarici qonaqlar WUF13-ün yüksək səviyyədə təşkil edildiiyni və qarşıya qoyduğu hədəflərə nail olduğunu qeyd ediblər.İki ildən bir keçirilən bu forumun məqsədi dayanıqlı urbanizasiya və şəhərsalma sahəsində ölkələr tərəfindən həyata keçirilən siyasət barədə ictimaiyyətin məlumatlandırılması,şəhərlərin dayanıqlı inkişafına vahid yanaşmanın təbliğ edilməsi, açıq debatlar və təcrübə mübadiləsi vasitəsilə biliklərin artırılması va əməkdaşlığın gücləndirilməsidir.Forumda sadalanan istiqamıtlərdə geniş müzakirələrlə yanaşı bu mötəbər beynəlxalq tədbir vasitəsilə həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdəşa dair I Dövlət Proqramının uğurlu nəticələri və şəhərsalma sahəsindəki nailiyyətləri beynəlxalq ictimaiyyətə çatdırıldı.

Müzakirələr urbisid, postmünaqişə dövründə şəhərlərin bərpası və Azərbaycanın yenidənqurma təcrübəsinin beynəlxalq səviyyədə təhlili üçün mühüm platforma rolunu oynadı.Müzkirələrdə çoxsaylı iştirakçilara və beynəlxalq ictimaiyyətə əyani şəkildə çatdırıldı ki,Qarabağda baş verən müharibədə hərbi əməliyyatlardan sonra böyük dağıntılar sistemli şəkildə həyata keçirilib və məqsəd yalnız şəhərlərin dağıdılması deyil, həm də azərbaycanlı əhalinin həmin ərazilərə qayıdışının qarşısını almaq, bölgənin mədəni yaddaşını və tarixi kimliyini silmək olub.

Forum iştirakçıları məlumatlandırılıb ki, işğal nəticəsində xarabazara çevrilən ərazilər qısa zaman ərzində böyük bərpa və quruculuq arenasına çevrilib."Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa layihələri 8 şəhəri və 100-dən çox kəndi əhatə edib" və getdikcə genişlənir. İşğaldan azad olunmuş ərazilərin inkişafı üçün strateji yol xəritəsi rolunu oynayan Baş plan hazırlanıb. Bu sənəd gələcək bütün proseslər üçün vahid çərçivə müəyyən edir.Xaricı mütəxəssislər kompleks yanaşmanın uğurlu şəhər inkişafı üçün əsas şərt olduğunu bildiriblər. Postmünaqişə şəhərlərində rəqəmsal və yaşıl texnologiyaların inteqrasiyasını gələcəyin əsas istiqaməti kimi qiymətləndirib.Şəhər infrastrukturunun yenilənməsinin konseptual həlləri, institusional koordinasiyanı və layihələrin praktik icra imkanlarını birləşdirən vahid proses kimi nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb.Bildirilib ki, postmünaqişə ərazilərində şəhərlərin sıfırdan planlaşdırılması yeni texnologiyaların tətbiqi və dayanıqlılıq prinsiplərinin həyata keçirilməsi üçün unikal imkan yaradır.Xüsusi vurğulanıb ki,"Qarabağ qlobal standartlara əsaslanan inteqrasiya olunmuş bərpa yanaşmasının nümunəsi olmaq potensialına malikdir".Şəhərlərin bərpasında mədəni kimliyin qorunmasının strateji əhəmiyyəti,eləcə də mədəni irsin bərpasının yalnız tarixi yaddaş deyil, həm də sosial həmrəyliyin bərpası olduğu qeyd edilib. Bu kontekstdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə Bötük Qayıdış Proqramı üzrə həyata keçirilən tədbirlərin kompleksliliyi və modernliyi WUF13 -də iştirak edən xarici qonaqlar və mütəxəssislər tərəfində yüksək qiymətləndirilib.

Azərbaycan, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası kimi qlobal tədbiri çox yüksək səviyyədə təşkil etməklə həm şəhərsalmanın inkişafına sadiqliyini nümayiş etdirirdi,həm öz böyük töhfəsini,həm beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili baxımından öz nüfuzunu bir daha təsdiqlədi və həm də COP29-dan WUF13-ə doğrü yeni reallıq formalaşdırdı.

Bakı Forumunun ən mühüm tərəflərindən biri də Azərbaycanın dünyaya yenidən təqdim olunması oldu.176 ölkəsindən gələn nümayəndələr Azərbaycan haqqında daha geniş məlumat əldə etmək imkanı qazandılar.Xüsusən də Qarabağ həqiqətləri,Azərbaycanın bərpa modeli diqqət mərkəzində oldu.Forumda Bakı özünü həm yaxşı ev sahibi, həm şəhərsalma transformasiyasının işlək modeli kimi təqdim edə bildi.Azərbaycan həyata keçirdiyi böyük quruculuq layihələri, şəhərsalma mədəniyyəti, işğaldan azad edilmiş ərazilərdə qurulan yeni yaşayış məntəqələri və müasir şəhər konsepsiyaları ilə öz təcrübəsini beynəlxalq ictimaiyyətlə paylaşdı.

Bakı Forumunda səslənən fikirlər, irəli sürülən təşəbbüslər, təqdim olunan ideyalar və qarşılıqlı təcrübə mübadiləsi şəhərsalma və urbanizasiya sahəsində mühüm töhfələr verə bilər. Forum çərçivəsində müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi gələcəkdə daha dayanıqlı və müasir şəhər modellərinin formalaşmasına xidmət edəcək.

Əli Məsimli

Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 751   Tarix: 22 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr