"WUF13 işıqlandırması və onun informasiya təminatının peşəkar şəkildə qurulması xüsusi diqqət çəkən məqamlardan biri oldu" - DEPUTAT

"WUF13 işıqlandırması və onun informasiya təminatının peşəkar şəkildə qurulması xüsusi diqqət çəkən məqamlardan biri oldu" - DEPUTAT"Bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməklə yanaşı həm də mötəbər beynəlxalq forumların hazırlanması, təşkili və keçirilməsi baxımından hətta bir nümunə, bir brend formalaşdırır".

Bunu Sonxeber.az-a danışan deputat Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, Bakıda keçirilən WUF13 forumu indiyədək keçirilən BMT-nin qlobal tədbirləri arasında ən çox iştirakçının qatıldığı və yüksək səviyyədə hazırlanan, təşkil olunmuş tədbirlərdən biri kimi tarixdə qalacaq:

"Forum çərçivəsində cənab prezident İlham Əliyevin iştirakı ilə Liderlər Konfransı keçirildi. Eləcə "Baku Urban Awards" mükafatı təsis olundu. Qeyd edildi ki, bu mükafathər il bu ad altında təqdim ediləcək. Təbii ki, WUF tarixində ilk dəfə olaraq bəzi mühüm məsələlər yalnız Bakı şəhərində təşkil olunan 13-cü sessiyada səsləndirildi. Biz həmçinin dünyanın şəhərlərdə yaşayış, mənzil problemləri, inklüzivlik və gələcəyin şəhərlərinin necə formalaşacağı ilə bağlı məsələlərin müzakirəsində fəal iştirak etdik. Azərbaycanın bu sahədə təcrübəsi var. Dünyanın gələcəyə aid düşüncə səviyyəsində nəzərdə tutduğu bir çox layihələri biz artıq həyata keçirmişik. "Ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyalarımız təqdim olundu.

Forumda eyni zamanda, Azərbaycanın keçdiyi işğal yolunu, torpaqlarımızın işğal olunmasını və şəhər-kəndlərimizin dağıdılmasını, daha sonra Vətən müharibəsində qazanılan qələbə ilə bu ədalətsizliyin aradan qaldırılmasını, beynəlxalq hüququn və ədalətin bərpa olunmasını nümayiş etdirdik. Post-müharibə dövründə şəhər və kəndlərimizin yenidən qurulmasını, onların hansı formatda və hansı konsepsiya əsasında yaradıldığını da təqdim etdik.

Bütün bu məsələlər və təcrübələrin bölüşdürülməsi düşünürük ki, WUF13 kimi qlobal tədbiri daha da işgüzar səviyyəyə çatdırdı. Burada müzakirə olunan yeniliklər və məsələlər gələcəkdə şəhərlərin problemlərinin həllində nəzərə alınacaq. WUF13 dünyamızın gələcəyi, insanların yaşayış mühiti və müasir şəhərlərin qarşılaşacağı çağırışların həlli yollarını axtaran mühüm platforma kimi çıxış etdi. Azərbaycanın bu tədbirdəki təqdimatı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən müasir layihələrin nümayiş etdirilməsi ölkəmizin dünyada tanıdılması baxımından əvəzsiz rol oynadı".

Deputat vurğulayıb ki, Bakıda keçirilən World Urban Forum 13-ün final mərhələsi bu gün uğurla başa çatıb. Forum çərçivəsində gün ərzində şəhərsalma, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri, nəqliyyat infrastrukturu və "ağıllı şəhər" həlləri kimi mövzuları əhatə edən panel sessiyalar, müzakirələr və tematik tədbirlər təşkil olunub:

"Bu bir neçə gün ərzində dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri tədbirdə iştirak edərək qlobal urbanizasiya gündəliyinə dair fikir mübadiləsi aparıblar. Forumda gənclərin iştirakı, innovativ yanaşmalar və müasir şəhər inkişafı modelləri də əsas müzakirə mövzuları sırasında yer alıb, eyni zamanda sərgilər, təqdimatlar və xüsusi görüşlər keçirilib. Tədbir beynəlxalq əməkdaşlığın genişləndirilməsi və şəhərlərin gələcək inkişaf strategiyalarının formalaşdırılması baxımından mühüm platforma kimi dəyərləndirilib.

WUF13 işıqlandırması və onun informasiya təminatının peşəkar şəkildə qurulması da xüsusi diqqət çəkən məqamlardan biri oldu. Bu mühüm forumun geniş və operativ şəkildə işıqlandırılmasında Azərbaycan mediasının, xüsusilə jurnalistlərin əməyi təqdirəlayiqdir. Çünki jurnalistlər forum günlərində həm yerli, həm də beynəlxalq auditoriyaya dolğun, obyektiv və operativ məlumat çatdırmaqla öz peşəkar bacarıqlarını bir daha nümayiş etdirməklə yanaşı həm də ölkəmizin üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini sübut etdilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 502   Tarix: 22 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr