"İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı tədbir baş tutub - FOTOLAR

"İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı tədbir baş tutub - FOTOLAR"WUF13 Urban Expo"dakı QHT Agentliyinin pavilyonunda "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi tərəfindən "İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı tədbir keçirilib.

Sonxeber.az xəbər verir ki, "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə çıxışında bildirib ki, tədbirin məqsədi təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin inkişafı istiqamətində BMT təşəbbüslərinin və Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi sahəsində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və ekspertlər arasında dialoqu gücləndirmək, beynəlxalq təcrübələri təşviq etmək və ictimai iştirakçılığı artırmaqdır.

Panel müzakirələrində Milli Məclisin deputatı Pərvanə Vəliyeva "İnklüziv şəhərlərin qurulması DİM 11-in həyata keçirilməsinin əsas hərəkətverici qüvvəsidir" mövzusunda çıxış edərək bildirib ki, şəhərsalma siyasəti və planlaması insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Xüsusilə inklüzivlik və əlçatanlıq prinsipləri əsas prioritet olmalıdır ki, fiziki məhdudiyyəti olan şəxslər də daxil olmaqla hər bir vətəndaş şəhər mühitində rahat və bərabər şəkildə iştirak edə bilsin.
"Bizim məqsədimiz yalnız müzakirə aparmaq deyil, həm də konkret təkliflər formalaşdırmaqdır. Bu təkliflər gələcək şəhərlərin daha dayanıqlı, inklüziv və yaşana bilən olmasına xidmət etməlidir", - deyə Pərvanə Vəliyeva deyib.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, Azərbaycanın bütün ərazilərini əhatə edən dövlət proqramları və inkişaf konsepsiyaları mövcuddur. Əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərin təhlükəsiz şəkildə bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhər mühitinin formalaşdırılmasıdır.

"Əhalinin sosial rifahının yaxşılaşdırılması və həyat şəraitinin yüksəldilməsi də prioritet istiqamətlərdəndir. Bu yanaşma Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir", - deyə V.Rəhimzadə deyib.

Milli Məclisin deputatı Vüqar İskəndərov vurğulayıb ki, şəhərlərin inkişafı davamlı dəyişiklik və yenilənmə prosesidir. Bu baxımdan əsas məqsəd ərazilərin balanslı inkişafını təmin etmək, şəhər və kəndlər arasında harmoniyanı qorumaq və yaşıllaşdırma kimi vacib istiqamətləri genişləndirməkdir.
" Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bu modelin ən bariz nümunəsidir. Burada həyata keçirilən layihələr inklüzivlik, sosial bərabərlik və müasir şəhər standartları əsasında qurulur", - deyə Milli Məclisin deputatı bildirib.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin rəis müavini İsmayıl Zeynalov müxtəlif sahələrdə təhlükəsizlik məsələləri təkcə səmərəlilik baxımından deyil, həm də insan həyatı üçün ciddi risklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını önə çəkib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimov "Şəhərsalmada ictimai iştirakçılıq: Azərbaycan təcrübəsi necə inkişaf edə bilər?" mövzusunda təqdimatla çıxışı edib.
Ekspert şəhərsalma proseslərində ictimai iştirakçılığın əhəmiyyətindən danışıb. O vurğulayıb ki, vətəndaş cəmiyyəti institutlarının qərarvermə proseslərinə cəlb olunması daha inklüziv və dayanıqlı şəhər mühitinin formalaşmasına töhfə verir.

Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, "İqtisadi və Sosial Araşdırmalara Dəstək" İctimai Birliyinin sədri Əyyub Kərimli bildirib ki, şəhərlərə investisiyanın cəlb edilməsi və bu prosesin səmərəli idarə olunması şəhər idarəçiliyində maliyyə dayanıqlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sahədə beynəlxalq təcrübələr göstərir ki, şəhərlərin idarə olunması və inkişafı üçün əhəmiyyətli maliyyə resursları tələb olunur.

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əlimməmməd Nuriyev bildirib ki, Qarabağda və digər bölgələrdə həyata keçirilən yeni şəhərsalma təşəbbüsləri beynəlxalq təcrübələrin Azərbaycana gətirilməsi və yerli modellərin dünyaya təqdim olunması üçün vacib platformadır. "Hazırda Azərbaycan Qarabağda, Şuşada və digər bölgələrdə yeni şəhərsalma və məskunlaşma təşəbbüslərini həyata keçirir.

Tədbir çərçivəsində iştirakçılar urbanizasiya, sosial inklüzivlik, mənzil siyasəti, təhlükəsiz şəhər infrastrukturu, ictimai iştirakçılıq və yaşıl maliyyələşmə mexanizmləri üzrə fikir mübadiləsi apararaq, beynəlxalq təcrübələr və yerli yanaşmaları müzakirə ediblər.
"İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı tədbir baş tutub - FOTOLAR"İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı tədbir baş tutub - FOTOLAR"İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı tədbir baş tutub - FOTOLAR"İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı tədbir baş tutub - FOTOLAR"İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı tədbir baş tutub - FOTOLAR"İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı tədbir baş tutub - FOTOLAR"İnklüziv şəhərlər naminə birlik: şəhər dayanıqlılığı üçün BMT təşəbbüslərindən istifadə" adlı tədbir baş tutub - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 597   Tarix: 22 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr