Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır

Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdırBəzi ölkələrdə sürücülük vəsiqələrinin yaşa uyğun şəkildə yenilənməsi və yaşlı sürücülər üçün tibbi nəzarətin gücləndirilməsi ilə bağlı müzakirələr aparıldığı bir vaxtda, Azərbaycanda da bu istiqamətdə müəyyən qaydalar artıq tətbiq olunur. Mövcud qanunvericiliyə əsasən, 60 yaşdan yuxarı şəxslər üçün sürücülük vəsiqəsi 70 yaşına qədər etibarlı sayılır, 70 yaşdan sonra isə vəsiqə 2 il müddətinə verilir. Deputatlar hesab edir ki, bu yanaşma həm sürücülərin hüquqlarını, həm də yol hərəkəti təhlükəsizliyini nəzərə alan balanslı modeldir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Azər Badamov bildirib ki, hazırda Azərbaycanda tətbiq olunan qaydalar kifayət qədər düzgün yanaşmadır:

"İnsan yaşı artdıqca orqanizmdə müəyyən fiziki və sağlamlıqla bağlı dəyişikliklər baş verir. Xüsusilə 60 yaşdan sonra görmə qabiliyyətinin zəifləməsi, eşitmə problemləri, reaksiya sürətinin azalması və müxtəlif xroniki xəstəliklər sürücülük bacarığına təsir göstərə bilər. Bu baxımdan, 60 yaşına çatmış sürücülərin müəyyən müddətdən bir tibbi müayinədən keçməsi vacib hesab olunmalıdır".

Deputat qeyd edib ki, əgər şəxsin sağlamlıq vəziyyəti normaldırsa və avtomobili təhlükəsiz idarə etmək qabiliyyəti varsa, onun sürücülük hüququnun davam etdirilməsi təbiidir:

"70 yaşdan sonra tibbi nəzarətin daha sıx şəkildə aparılması daha məqsədəuyğundur. Bu səbəbdən sürücülük vəsiqəsinin 2 ildən bir yenilənməsi və həmin müddətdə tibbi müayinədən keçilməsi yol hərəkəti təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır".

A.Badamov vurğulayıb ki, görmə və eşitmə qabiliyyətində ciddi zəifləmə olan şəxslərin avtomobil idarə etməsi həm özləri, həm də digər hərəkət iştirakçıları üçün risk yarada bilər:

"Unutmaq olmaz ki, sükan arxasında olan şəxs yalnız öz həyatına görə məsuliyyət daşımır. O, həm avtomobildə olan sərnişinlərin, həm digər sürücülərin, həm də piyadaların təhlükəsizliyinə cavabdehdir. Buna görə də sürücünün sağlamlıq vəziyyəti daim nəzarətdə saxlanılmalı və onun avtomobili təhlükəsiz idarə edə bilməsi əsas meyar olmalıdır".

Deputat əlavə edib ki, belə qaydalar yaşlı insanlara qarşı ayrı-seçkilik kimi qiymətləndirilməməlidir:

"Əsas məqsəd insanların hüquqlarını məhdudlaşdırmaq deyil, yollarda təhlükəsizliyi təmin etmək və mümkün qəzaların qarşısını almaqdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 666   Tarix: 23 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr