Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfəri zamanı şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər.
"Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin xatirəsini ehtiramla yad edib, qəhrəmanımızın həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.
Qeyd edək ki, Ülfət Qabil oğlu Babazadə Lənkəran rayonunun Daştatük kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ülfət Babazadə Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində aparılan döyüşlərdə igidlik göstərib. 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 459 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda bəzi şəxslər Sudana vizasız gedə biləcəklər
Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, saziş 2026-cı il mayın 19-d
22 iyulHəftəsonu 41 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunu
22 iyulAzıx mağarası - Azərbaycanlıların ilk evi - (Video)
Azərbaycanın tarixi irsinin ən mühüm abidələrindən sayılan Azıx mağarasından yayılan yeni görüntülər sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib. xəbər verir ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan mağaradan lentə alınan kadrlar qısa müddətdə geniş maraq doğurub. Paylaşıla
22 iyul"Qarabağ"- "CSKA SOFIA" oyunundan əvvəl fan zona təşkil olunacaq
Avropa Liqasının ikinci təsnifat oyununda "Qarabağ" "CSKA SOFIA" ilə qarşılaşacaq. Qarşılaşmadan öncə azarkeşlər üçün "Azərsun Holdinq"in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunun önündə xüsusi fan zona yaradılacaq. Fan zonada əyləncəli proqram 23 iyul 18:00-dan başlayacaq
22 iyulJurnalist Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Jurnalist və şair Rüfət Əhmədzadənin meyiti aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Rəbiyyə Zərdabi sosial şəbəkə hesabında paylaşım edib. Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün səbəbi hələlik məlum deyil
22 iyulŞöhrət Tağıyevi və şirkəti cərimələndi - Səbəb nədir?
"Qaya Neqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Şöhrət Tağıyev cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "Qaya Neqliyyat" MMC və onun direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrləri
21 iyulArzumun azadlıqda ilk - Görüntüləri
Xəbər verdiyimiz kimi, bloqer İlduzə Hacıyeva (Arzum) biraz əvvəl ilk apellyasiya məhkəməsində ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bloqer artıq məhkəmə binasını sərbəst tərk edib. Arzum həbsdən azad edilməsi qərarına görə təşəkkür edib. Qeyd edək ki, hakim Elnur Nuriye
22 iyul