Şakiradan maraqlı ETİRAF

Şakiradan maraqlı ETİRAFŞakira keçmiş futbolçu Jerar Pike ilə səs-küylü ayrılığından dörd il sonra ilk dəfə şəxsi həyatı barədə səmimi şəkildə danışıb.

Milli.Az xəbər verir ki, müğənninin sözlərinə görə, hazırda həyatında yeni münasibətlər üçün nə vaxtı, nə də emosional sahəsi qalıb.

Bu yaxınlarda 49 yaşı tamam olan kolumbiyalı superulduz Pike ilə birgə iki oğul - Saşa və Milanı böyüdür. Cütlük 11 illik münasibətdən sonra 2022-ci ilin iyununda rəsmən ayrıldıqlarını elan edib. O vaxt media futbolçunun xəyanəti barədə şayiələri aktiv müzakirə edib, Şakira özü isə sonradan mahnılarında bu ağrılı ayrılığa dəfələrlə eyham vurub.

Müğənni bu gün tamamilə uşaqlarına və karyerasına diqqət yetirdiyini etiraf edib:

"Hazırda sevgi macəraları mənlik deyil. Həyatımda buna nə yer var, nə də vaxt. Onsuz da öhdəliklərim başımdan aşır. Övladlarım mənim əsas prioritetimdir. Və bir də karyeram. Qəribədir, amma mən işimə heç vaxt olmadığı qədər aşiqəm. Həmçinin özümlə tək vaxt keçirməkdən zövq alıram".

Ayrılıqdan sonra Pike kifayət qədər tez bir zamanda hardasa üç ildir birlikdə olduğu Klara Çia ilə münasibətə başlayıb. Şakira isə diqqətini ailəsinə, musiqiyə və daxili tarazlığını bərpa etməyə yönəltməyə üstünlük verib.

Müğənni həyatının ən ağır dövrlərindən birini də ilk dəfə bu qədər ətraflı xatırlayıb. Onun sözlərinə görə, ailəsinin dağılması atası Uilyamın ağır yıxılmadan sonra xəstəxanaya düşməsi və ciddi sağlamlıq problemləri yaşaması ilə eyni vaxta təsadüf edib.

Şakira həmin vaxt həyatının "ən qaranlıq məqamını" yaşadığını etiraf edib:

"Mən ömürlük qorumağı xəyal etdiyim ailənin dağılmasını yaşayırdım. Çox böyük bir ağrıdan keçməli oldum, lakin bəlkə də məhz bu ağrı məni daha müdrik - ya da ən azından daha güclü etdi".

Sənətçi qeyd edib ki, çətinliklər ona öz dözümlülüyünə yeni bir nəzərlə baxmağa kömək edib:

"Deyirlər ki, bizi öldürməyən şey daha da güclü edir. Bu, həqiqətdir. İnsanın nə dərəcədə dözümlü ola bildiyini anlamaq heyrətamizdir. Bəzən məhz ağrılar və sınaqlar vasitəsilə realda nə qədər güclü olduğumuzu başa düşürük".

Müğənninin sözlərinə görə, çəkdiyi əzablar ona yaxınlarının dəstəyini və əsl dostluğu qiymətləndirməyi öyrədib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 603   Tarix: 27 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bu, özümüzlə üzləşməkdən daha asandır"

"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir

18 oktyabr
.

"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…

Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı

10 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

Mustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia

Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il

3 oktyabr
.

Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...

Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc

11 oktyabr
.

Bacısı ilə davasından danışıb ağladı - Video

Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly

14 oktyabr
.

Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"

Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:

23 oktyabr
.

"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas

10 oktyabr
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib:. "Onunl

4 oktyabr