Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi tədbiri keçiriləcək
İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.
Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri və logistika şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Bu sənədlə BTQ dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.
2024-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.
5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.
Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 198 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi ərazilərdə yağış yağacaq
İyunun 2-si səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarl
1 iyunAzərbaycan banklarına depozit qoyuluşu azalıb
Bu il mayın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 337,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəli ilə müqayisədə 0,9 %, ötən il mayın 1-nə nisbətən isə 0,2 % azdır. Depozit portfelini
30 mayNə evində yaşaya, nə də sata bilir (VİDEO)
Əraziyə yeni asfalt örtüyü çəkildikdən sonra yol kənarında yerləşən həyətlər asfalt səviyyəsindən xeyli aşağıda qalıb. Görüntülər paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1,korpus 9 ünvanındandır. Buradakı 275 nömrəli evin sahibi Fəridə Xəlilova deyir ki, yol çəkildikdən sonra bütün yağı
30 mayMüəllimlərlə bağlı şok qərar VERİLDİ
Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin saytlarından müəllimlərin şəkilləri çıxarılıb. saytının əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəblərə göstəriş verilib. Məlum olub ki, müəllimlərin şəkillərinin məktəb saytlarından çıxarılmasına təhsil işçilərini
31 mayQubanın 3 kəndinin adı dəyişdirildi
Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdirilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Qanun imzalayıb. Qanuna əsasən, Quba rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilib:. - Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindək
1 iyunQubada məktəbli qızın meyiti tapıldı
Qubanın Alekseyevka kəndində 15 yaşlı məktəbli qızın meyiti aşkarlanıb. "Qafqazinfo" Shimal.News-a istinadən xəbər verir ki, hadisə mayın 29-da baş verib. Belə ki, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Rabiyyə Abdullayevanın meyiti yaşadığı evdə tapılıb
1 iyunHava ilə bağlı növbəti XƏBƏRDARLIQ
Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. xəbər verir ki
31 mayMəşhur kurort şəhərində dəhşət: Qadın cəsədləri tapıldı
Turistlər üçün məşhur olan Meksika kurort şəhəri Puerto Vallartada üç qadının cəsədi tapılıb. bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, ilk cəsəd 10 mayda Ranço El Piruli ərazisində tapılıb. Beş gün sonra Mismaloya yaxınlığındakı magistral yolun kənarında başqa bir cəsəd, 22 ma
30 mayUşaqlar Günü ilə əlaqədar Qarabağa səfər təşkil olunub
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi "Azərbaycanı tanıyaq" layihəsini həyata keçirib. Şirkətin "Sosial-ictimai məsuliyyət" dəyərinə əsaslanan tədbir çərçivəsində "Nur" uşaq evi və sığınacağında məskunlaşan uşaqlar üçün Azərbaycanı
1 iyun