Pomidorun yanında bunu əkin - Məhsul sizi təəccübləndirəcək
Pomidor kolları tək əkildikdə həmişə yüksək məhsul vermir. Bağbanlar bildirirlər ki, bəzi bitkilər pomidorun yanında əkildikdə həm məhsuldarlığı artırır, həm də bitkini zərərvericilərdən qorumağa kömək edir. Mütəxəssislər "qarışıq əkin" üsulunu tövsiyə edirlər. Bu üsul kimyəvi vasitələrdən daha az istifadə etməyə və daha sağlam məhsul əldə etməyə imkan yaradır.
Lent.az xəbər verir ki, pomidorun yanında reyhan, nasturasiya və məxməriçiçək əkmək xüsusilə faydalıdır. Bu bitkilər zərərvericiləri uzaqlaşdırmaqla yanaşı, pomidorun dadına da müsbət təsir göstərə bilər. Nasturasiya xüsusilə ağ milçək və mənənə kimi yay mövsümündə tez-tez rast gəlinən zərərvericilərlə mübarizədə kömək edir. Pomidor üçün yaxşı qonşu hesab edilən digər bitkilər isə bibər, ispanaq, kahı və yerköküdür. Bu bitkilər pomidor kollarının vegetasiya dövründə daha sağlam inkişaf etməsinə şərait yaradır. Mütəxəssislər bildirirlər ki, bəzi bitkilər zərərvericiləri özünə çəkərək pomidoru qoruyur, bəziləri isə faydalı həşəratları bağa cəlb edir. Məsələn, cəfəri pomidorun inkişafını gücləndirə bilər. Xren isə kartofun yanında əkildikdə onun xəstəliklərə qarşı davamlılığını artırır.
Bununla yanaşı, pomidorun yanında əkilməsi məsləhət görülməyən bitkilər də var. Kartof pomidorla eyni xəstəliklərə meylli olduğu üçün onları yaxın əkmək tövsiyə edilmir. Şüyüd də pomidor üçün uyğun qonşu hesab olunmur. Çünki o, digər bitkilərin inkişafını zəiflədə bilər. Bağbanlar pomidor kollarını mütəmadi yoxlamağı da vacib sayırlar. Yarpaqlarda qara ləkələr və ya büzüşmə xəstəlik əlaməti ola bilər. Daha bol məhsul almaq üçün mövsüm ərzində yan zoğların qoparılması da tövsiyə olunur. Mütəxəssislərin fikrincə, qarışıq əkin üsulu əlavə "kimyəvi" vasitələr olmadan bağın məhsuldarlığını artırmağın ən sadə yollarından biridir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 830 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabrBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15 sentyabrAyın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilmirsinizsə, ayın sonunda büdcənizin tükənməsi təəccüblü deyil. Bəzi gündəlik vərdişlər isə fərqinə varmadan xərclərin artmasına səbəb olur. xəbər verir ki, maliyyə mütəxəssislərinin fikrincə, büdcəni idarə etməkdə çətinlik çəkən insanların yol verdiy
13 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabr65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13 sentyabrDüyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ
17 sentyabrÖzünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın
13 sentyabr