Şübhəli şəxsin müdafiə hüquqları hansı qanunlarla təmin olunur? - AÇIQLAMA
Azərbaycan qanunvericiliyində hər bir şəxsin müdafiə hüququ əsas hüquqlardan biri hesab olunur və cinayət təqibi zamanı bu hüququn təmin edilməsi dövlətin vəzifəsidir.
Şəxsin təqsirli olub-olmamasından asılı olmayaraq, ona qarşı aparılan istintaq və ya məhkəmə araşdırması müddətində qanunla müəyyən edilmiş müdafiə vasitələrindən istifadə etmək imkanı verilməlidir.
Bəs görəsən şübhəli şəxsin müdafiə hüquqları hansı qanunlarla təmin olunur?
Mövzu ilə bağlı hüquqşünas Xanım Yusifova Sonxeber.az -a açıqlama verib:
"Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqları ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi ilə təmin edilir. Həmin maddəyə əsasən, hər kəs yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna malikdir və qanunla nəzərdə tutulmuş hallarda bu yardım dövlət hesabına göstərilir.
Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinə əsasən şübhəli şəxs özünə müdafiəçi seçmək, vəkillə məxfi görüşmək, ona qarşı irəli sürülən ittihamın mahiyyəti barədə məlumat almaq, ifadə vermək və ya ifadə verməkdən imtina etmək, sübutlar təqdim etmək, vəsatətlər qaldırmaq və istintaq orqanlarının qərarlarından şikayət vermək hüququna malikdir.
Qanunvericilikdə həmçinin təqsirsizlik prezumpsiyası prinsipi təsbit olunub. Bu prinsipə görə, şəxsin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilməyənədək o, təqsirsiz hesab edilir. İstintaq və məhkəmə orqanları müdafiə hüququnun həyata keçirilməsinə mane ola bilməz və bu hüququn pozulması prosessual qanun pozuntusu kimi qiymətləndirilə bilər.
Azərbaycan qanunvericiliyi şübhəli şəxsin müdafiə hüquqlarını geniş şəkildə tənzimləyir və bu hüquqların təmin olunması ədalətli məhkəmə araşdırmasının əsas şərtlərindən biri hesab edilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 483 Tarix: 02 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu məlumatları süni intellektlə paylaşmaq TƏHLÜKƏLİDİR - AÇIQLAMA
Şəxsi məlumatların, şəxsiyyət vəsiqəsi, pasport, bank sənədləri, tibbi məlumatlar və digər məxfi informasiyaların süni intellekt platformalarına daxil edilməsi məlumatların qorunması baxımından müəyyən risklər yarada bilər. Mütəxəssislər belə məlumatlarla işləyərkən onların hansı məqsədlə toplandığına
9 sentyabrSabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı
Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub. Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb
9 sentyabrZaur Rzayev xəstəxanaya yerləşdirildi
Xalq artisti Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xəstəxananın diretoru Zaur Xəlilov məlumat verib. O bildirib ki, Xalq artistinin vəziyyəti qənaətbəxşdir və o, palata şəraitində müalicə alır. O, bir neçə gün sonra xəstəxanadan ev
9 sentyabrSabah hava necə olacaq?
Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağ
8 sentyabrBu ərazi üzrə PENSİYALAR VERİLDİ
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə -a ƏƏSMN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankları
8 sentyabr"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Xəbər verdiyimiz kimi, aparıcı İlham Mirzəyev infarkt keçirib və əməliyyat olunub. xəbər verir ki, aparıcı Axşam.az-a açıqlamasında səhhəti ilə bağlı danışıb. O, ürəyinə stent qoyulduğunu və vaxtında xəstəxanaya çatdırılmasının həyatını xilas etdiyini deyib. "Allah üzümə baxdı, həkimə vaxtında gəldim
8 sentyabr