İnfrastrukturu tamamlanmamış yollarda kamera cərimələrinin dayandırılmasını təklif edilib

İnfrastrukturu tamamlanmamış yollarda kamera cərimələrinin dayandırılmasını təklif edilibİnfrastrukturun tamamlanmadığı yollarda kameralar vasitəsilə cərimə tətbiqi müvəqqəti dayandırılmalıdır.

Sonxeber.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin növbədənkənar sessiyasının ilk iclasında çıxış edib.

Deputat çıxışında qeyd edib ki, taksi sürücüsü və ya peşəkar sürücü sürücülük hüququnu itirsə peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur:

"Sürücülük hüququndan məhrum etmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və yalnız kobud pozuntular zamanı bal kəsilməsinin tətbiqini təklif edirəm. Ən pis halda isə ilk dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olacağını düşünürəm.

Eyni zamanda qeyd etmək istəyirəm ki, yol hərəkət qaydaları ancaq açıq, görünən, standartlaşmış nişanlanma sistemi mövcud olduğu halda ədalətli şəkildə tətbiq edilə bilər. Bu çərçivədə Gəncə şəhərinin və digər paytaxtdan kənar yolların xətlənmə işlərinin daha keyfiyyətli aparılması vacibdir. Bu sahədə çox ciddi nöqsanlar var, bunun aradan qaldırılmasını xahiş edirəm. Eyni zamanda hasarlanan, silinən, görünməz halda nişanların inventarizasiyasının aparılmalı və vaxtında yenilənmələr edilməsi nəzarətə götürülməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 426   Tarix: 05 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Almaniyadakı görüşlərdə Azərbaycanın mövcud potensialı dəyərləndirildi" - AÇIQLAMA

"Tarixinin ən qüdrətli Azərbaycanının mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkan

22 iyul
.

Günay Əfəndiyeva: "Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır"

22 iyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, fotojurnalistləri, operatorları və bu sahədə çalışan hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan mətbuatının tarixi xalqımızın milli oyanış, maariflənmə və ictimai-siyas

22 iyul
.

Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, yaşıllaşdırma sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr, kommunal xidmətlərin fəaliyyəti, müzakirə olunub

21 iyul
.

Azərbaycan milli mətbuatı 151 yaşında

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. xatırladır ki, ölkədə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Zamanında böyük risklərə baxmayaraq, Zərdabi "Əkinçi"

22 iyul
.

Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: "63 yaş nədir ki..."

Əməkdar artist Elnarə Abdullayevanın qardaşı Yaqub vəfatı edib. Əməkdar artist qardaşı Yaqubun vəfatı ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Xanəndə bildirib ki, qardaşı bir müddət əvvəl infarkt keçirib və həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb:. "Getdi

22 iyul
.

Jurnalist Rüfət Əhmədzadənin meyiti aşkarlandı

Jurnalist və şair Rüfət Əhmədzadənin meyiti aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Rəbiyyə Zərdabi sosial şəbəkə hesabında paylaşım edib. Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün səbəbi hələlik məlum deyil

22 iyul
.

Pensiya alanların DİQQƏTİNƏ!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərl

21 iyul
.

Xalq artisti Tofiq Mirzəyevin ölüm səbəbi bilindi: Harada dəfn ediləcək?

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib. xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib. O qeyd edi

22 iyul
.

Arzumun növbəti məhkəməsidir - Amalın xanımı hökmdən narazıdır

20 gün əvvəl həbs edilən bloqer İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır. "Qafqazinfo"nun məlumatına görə, Arzum indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib. Bloqerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiy

22 iyul