SON DƏQİQƏ: Pensiyaçılar kommunal ödənişlərdən azad ediləcək? - VACİB AÇIQLAMA
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müzakirələrdə tez-tez gündəmə gələn məsələlərdən biri də pensiyaçıların kommunal xərclərinin dövlət tərəfindən qarşılanmasıdır. Xüsusilə, enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artdığı dövrlərdə yaşlı insanların maddi yükünün azaldılması üçün əlavə dəstək mexanizmlərinin tətbiqi aktuallaşır.
Bəs gələcəkdə Azərbaycanda da pensiyaçıların kommunal ödənişlərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, pensiyaçıların kommunal xərclərinin dövlət tərəfindən qarşılanması bir çox ölkələrdə sosial müdafiə siyasətinin mühüm istiqamətlərindən hesab olunur.
"Beynəlxalq təcrübə göstərir ki, əksər dövlətlər bütün pensiyaçıların deyil, əsasən aşağı gəlirli və həssas kateqoriyaya aid yaşlı insanların kommunal xərclərinin müəyyən hissəsini subsidiya edir.
Fransa və Almaniya kimi Avropa ölkələrində aztəminatlı pensiyaçılar üçün istilik və enerji xərclərinin ödənilməsinə dövlət dəstəyi göstərilir. Bu yardımlar ailələrin gəlir səviyyəsi nəzərə alınmaqla hesablanır və birbaşa kommunal xərclərin azaldılmasına yönəldilir.
Böyük Britaniyada uzun illərdir tətbiq olunan "Winter Fuel Payment" proqramı çərçivəsində yaşlı vətəndaşlara qış mövsümündə istilik xərclərinin qarşılanması üçün əlavə maliyyə yardımı ayrılır. Bu proqramın əsas məqsədi yaşlı əhalini enerji yoxsulluğundan qorumaqdır".
Mütəxəssis bildirib ki, Polşa, Macarıstan və bir sıra Mərkəzi Avropa ölkələrində də enerji qiymətlərinin yüksəldiyi dövrlərdə pensiyaçılar üçün xüsusi kommunal kompensasiya paketləri tətbiq olunur.
"Postsovet məkanında da bu sahədə maraqlı nümunələr mövcuddur. Belə ki, Qazaxıstan və Belarusda aşağı gəlirli pensiyaçıların kommunal xərclərinin müəyyən hissəsi yerli büdcələr və ya sosial yardım proqramları vasitəsilə kompensasiya edilir.
Beynəlxalq təcrübə dövlətlərin daha çox kommunal xidmətlərin tam ödənilməsi modelinə deyil, ünvanlı subsidiya və kompensasiya mexanizmlərinə üstünlük verdiyini göstərir.
Azərbaycanda da yaşlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aşağı gəlirli pensiyaçılar üçün kommunal dəstək proqramlarının tətbiqi həm sosial, həm də fiskal baxımdan daha səmərəli yanaşma ola bilər", - deyə o, qeyd edib.
Asif İbrahimov əlavə edib ki, neft gəlirlərinin sosial rifahın artırılmasına yönəldilməsi kontekstində pensiyaçıların kommunal xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması gələcək sosial siyasətin müzakirə oluna biləcək istiqamətlərindən biridir.
"Belə bir mexanizmin tətbiqindən əvvəl ehtiyacların dəqiq qiymətləndirilməsi, dövlət büdcəsinə düşəcək maliyyə yükünün hesablanması və dəstəyə ehtiyacı olan hədəf qrupların düzgün müəyyənləşdirilməsi vacib şərtlər sırasındadır. Məhz bu amillər nəzərə alınarsa, kommunal dəstək proqramları yaşlı insanların sosial rifahının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3702 Tarix: 07 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
31 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabrSahil Babayevə yeni müavin təyin edildi - Foto
Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy
30 oktyabrBiznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
31 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrŞahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd
31 oktyabr