Bank kartı olanların diqqətinə: YENİLİK OLACAQ - TARİX

Bank kartı olanların diqqətinə: YENİLİK OLACAQ - TARİXAzərbaycanda bank kartlarından istifadə hər il artır, bununla yanaşı kiberdələduzluq və məlumat sızması riskləri də gündəmdə qalır. Bu fonda Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən bütün banklar və ödəniş təşkilatları üçün beynəlxalq PCI DSS təhlükəsizlik standartının tətbiqini məcburi etməyi planlaşdırır. Yeni qaydalar kart məlumatlarının qorunmasını gücləndirməyə və maliyyə sektorunda etibarlılığı artırmağa hesablanıb.

AMB-nin PCI DSS standartını bütün banklar üçün məcburi etməsi vətəndaşların kart məlumatlarının təhlükəsizliyinə və dələduzluq hallarının azalmasına real təsir göstərə bilərmi? Bu yenilik müştərilərin gündəlik maliyyə əməliyyatlarında dəyişikliklərə səbəb olacaq?

Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, ölkəmizdə kart əməliyyatları ilə bağlı baş verən dələduzluq halları kibertəhlükəsizlik problemlərindən qaynaqlanmır:

"Əsasən vətəndaşların maliyyə savadlılığının yetərli səviyyədə olmaması ilə əlaqədardır. Təəssüf ki, bu növ dələduzluq hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri hələ də kifayət qədər deyil. Bir çox hallarda vətəndaşlar kart nömrələrini, CVV kodlarını və digər məxfi məlumatlarını üçüncü şəxslərlə paylaşır, naməlum sayt və keçidlərə daxil olurlar. Nəticədə dələduzluq riskləri artır və vəsaitlərin ələ keçirilməsi halları baş verir".

İqtisadçı bildirib ki, AMB-nin PCI DSS standartının tətbiqi kart əməliyyatlarının təhlükəsizliyinin artırılmasına xidmət edir:

"Lakin bu, sistemin tam təhlükəsiz olacağı anlamına gəlmir. Kart məlumatlarının qorunması məsələsində vətəndaşların da üzərinə ciddi məsuliyyət düşür. İstifadəçilər şəxsi və maliyyə məlumatlarını məxfi saxlamalı, şübhəli keçidlərdən və etibarsız internet resurslarından uzaq durmalıdırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4639   Tarix: 07 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Biznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd

31 oktyabr