Bu şəxslər rayondan Bakıya GƏLMƏYƏCƏKLƏR - SƏBƏB
Son illərdə regionların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, rayonlarda işsizlik, aşağı gəlir və gənclərin böyük şəhərlərə üz tutması hələ də aktual problemlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bölgələrdə iqtisadi fəallığın artırılması və yeni imkanların yaradılması bu tendensiyanın qarşısını almaqda mühüm rol oynaya bilər.
Bəs rayonlarda insanların dolanışığının yaxşılaşdırılması, gənclərin orada qalması üçün hansı addımlar atılmalıdır?
"Globalinfo"ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əsas məsələlərdən biri şəhərlə kənd arasındakı fərqlərin minimuma endirilməsidir:
"İnsanların yaşayış yeri seçimi yalnız iqtisadi səbəblərlə deyil, həm də sosial və mədəni imkanlarla bağlı olur. Buna görə də şəhərlər, rayonlar və kəndlər arasında infrastruktur baxımından ciddi fərqlər qalmamalıdır. İnsanlar gələcəklərini planlaşdırarkən təkcə gündəlik ehtiyaclarını deyil, ailələrinin sosial həyatını da nəzərə alırlar. Teatrların, kinoteatrların, mədəniyyət mərkəzlərinin, ictimai tədbirlərin mövcudluğu mühüm amillərdəndir. Bu baxımdan sosial və infrastruktur fərqlərinin aradan qaldırılması vacibdir".
İqtisadçının sözlərinə görə, digər mühüm məsələ iqtisadi imkanlardır:
"Regionlarda iş yerlərinin sayı hələ də kifayət qədər deyil. İnsanların Bakıya üz tutmasının əsas səbəblərindən biri də bütün imkanların paytaxtda cəmləşməsidir. Mənzil təminatı və sahibkarlıq imkanları regionlarda genişləndirilməlidir ki, insanlar yaşadıqları ərazidə rahat şəkildə həyat qura bilsinlər".
Natiq Cəfərlinin fikrincə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin vəziyyəti də diqqət mərkəzində olmalıdır:
"Fermerlik ağır əmək tələb edən sahədir. Lakin düzgün təşkil olunduqda və müasir yanaşmalar tətbiq edildikdə bu sahə yüksək gəlir gətirə bilər. Bəzi hallarda fermerlik şəhərdəki bir çox peşələrdən daha çox qazanc əldə etmək imkanı yaradır. Bütün bunlarla yanaşı, şəhərlə kənd arasında mövcud olan ictimai və sosial fərqlərin aradan qaldırılması üçün əlavə addımlar atılmalıdır. Kəndlərdə və rayonlarda müxtəlif maraq klublarının, ictimai birliklərin və gənclər təşkilatlarının fəaliyyəti genişləndirilməlidir. Gənclərin aktiv sosial həyata cəlb olunması, onların asudə vaxtının səmərəli təşkili və ictimai proseslərdə iştirakının artırılması regionların inkişafına mühüm töhfə verə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4941 Tarix: 06 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
31 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrNoyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
31 oktyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabrSahil Babayevə yeni müavin təyin edildi - Foto
Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy
30 oktyabrBiznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
31 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrŞahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd
31 oktyabr