Başı telefona qarışan sürücülərin TÖRƏTDİKLƏRİ QƏZALAR - ANBAAN GÖRÜNTÜLƏRİ
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Bu barədə Sonxeber.az-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, paytaxt yollarında maddi zərərlə nəticələnən qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Xüsusilə bu cür hadisələr zamanı sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur.
"Hərəkət zamanı diqqəti yoldan olmayan sürücünün svetoforun qırmızı işığında avtomobil dayandıqda, qarşıda nəqliyyat sıxlığı yarandıqda, texniki nasaz avtomobil yolda qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir. Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar", - məlumatda qeyd edilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 220 Tarix: 08 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İyunda 10 gün iş olmayacaq - TARİXLƏR
Azərbaycanda iyun ayında vətəndaşları əlavə istirahət günləri gözləyir. Nazirlər Kabinetinin qərarları və əmək qanunvericiliyinə uyğun olaraq iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq. Belə ki, 15 İyun - Milli Qurtuluş Günü və 26 İyun - Silahlı Qüvvələr Günü qeyri-iş günləri hesab edilir. Bu il 15 iyu
7 iyunStefano Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
Azərbaycanın layihələri üzərində fəal şəkildə çalışdığı "ağıllı şəhər"lərin inkişafı təkrar emal olunmuş xammaldan istehsal olunan ekoloji təmiz tikinti materiallarından geniş istifadəni tələb edir. "Report"un Avropa bürosu xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə İtaliyanı
7 iyunGüclü geomaqnit qasırğası gözlənilir
Güclü geomaqnit qasırğası gözlənilir. Bu barədə Qaynarinfo-ya Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, geomaqnit qasırğası 8-10 iyun tarixlərini əhatə edəcək
8 iyunBaşı telefona qarışan sürücülərin TÖRƏTDİKLƏRİ QƏZALAR - ANBAAN GÖRÜNTÜLƏRİ
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. Bu barədə -a mərkəzdən məlumat verilib. Bildirilib ki, paytaxt yollarında maddi zərərlə nəticələnən qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Xüsusilə bu cür hadisələr zamanı sürücüləri
8 iyunAzərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 41 % artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 385 milyon 527 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 % çoxdur. Son 1 ildə Azərbaycanın Gürcüstan
7 iyun