"Azərlotereya" ilə möhtəşəm əyləncə geri qayıdır!
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" bu yay yenidən rəngarəng və həyəcan dolu layihəsi ilə görüşünüzə gəlir.
"Şans Karvanı 2" musiqi, əyləncə və hədiyyələrlə zəngin interaktiv yay kampaniyası olaraq bu il Bakıdan start götürür və ölkənin 14 şəhər və rayonunu əhatə edəcək. İlk tədbir 13 iyunda Bakı Bulvarında konsert proqramı müşayiəti ilə baş tutacaq.
Bir ay boyunca səyahət edəcək "Şans Karvanı" hər dayanacaqda sakinləri oyunlar, şou proqramlar və sürpriz hədiyyələrlə qarşılayacaq. Burada iştirakçılar həm əyləncəli anlar yaşayacaq, həm də smartfon, hədiyyə kartları və digər dəyərli mükafatları qazanma şansı əldə edəcəklər.
"Şans Karvanı 2" müxtəlif bölgələrdə təşkil olunacaq tədbirlərdə fərqli formatlı oyunlarla çıxış edəcək. Oyun qaydaları və mexanizmləri şəhərdən şəhərə dəyişə bilər. Karvanın marşrutu yerli bölgələrin dinamika və xüsusiyyətlərinə uyğun olaraq planlaşdırılıb və növbəti dayanacaqlar barədə məlumatlar rəsmi kanallar vasitəsilə paylaşılacaq.
Layihə çərçivəsində "Beşdə 5", "4+4" və "Super Keno" kimi tirajlı oyunlar vasitəsilə iştirakçılara müxtəlif məbləğli böyük uduşlar və 1 800 000 manatdan çox cekpot qazanmaq imkanı təqdim olunur.
"Şans Karvanı 2" haqqında daha ətraflı məlumatı Azərlotereya-nın rəsmi internet və sosial media səhifələrindən əldə edə bilərsiniz.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 466 Tarix: 10 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrBiznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
31 oktyabrAzərbaycanlı alim vəfat etdi - Fotolar
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik
31 oktyabrAbramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil
Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl
31 oktyabrYol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video
Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib
31 oktyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabr