"Şuşa Bəyannaməsi Türk dünyasının strateji birliyini rəsmiləşdirən tarixi sənəddir" - Bəhruz Quliyev
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək mərhələsini ifadə edən, iki qardaş dövlət arasında müttəfiqlik münasibətlərini hüquqi və siyasi müstəviyə daşıyan tarixi sənəddir. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu bəyannamə təkcə iki ölkə arasında münasibətlərin deyil, bütövlükdə Türk dünyasının və regionun gələcək təhlükəsizlik, əməkdaşlıq arxitekturasının əsasını təşkil edən mühüm siyasi sənəddir.
Şuşa Bəyannaməsinin imzalanmasının xüsusi simvolik mənası var. Sənəd Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra işğaldan azad edilmiş Şuşada imzalanmaqla, qardaş Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyin növbəti təsdiqi oldu. Bu addım həm də bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu nümayiş etdirdi.
Bəyannamənin məzmununa nəzər saldıqda görürük ki, sənəd siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və informasiya sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Ən mühüm məqamlardan biri qarşılıqlı hərbi yardım öhdəliyidir. Bəyannaməyə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı təhdid və ya təcavüz olduğu halda, bir-birinə lazımi dəstək göstərmək barədə razılığa gəliblər.
Sənəddə müdafiə sənayesində əməkdaşlığın gücləndirilməsi, silahlı qüvvələrin müasir tələblərə uyğun inkişaf etdirilməsi, birgə hərbi təlimlərin keçirilməsi və təhlükəsizlik sahəsində koordinasiyanın artırılması da öz əksini tapıb. Bu müddəalar regionda sülhün və sabitliyin təmin olunmasına xidmət edən mühüm amillərdən biridir.
Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlıq baxımından da böyük əhəmiyyət daşıyır. Sənəddə nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, beynəlxalq dəhlizlərin genişləndirilməsi, enerji təhlükəsizliyi və qarşılıqlı investisiyaların təşviqi məsələləri xüsusi yer tutur. Xüsusilə, regionun nəqliyyat xəritəsini dəyişdirəcək layihələrin reallaşdırılması istiqamətində ortaq mövqe ifadə olunub.
Bəyannamədə Türk dünyasının birliyi, ortaq tarixi və mədəni irsin qorunması, gənclər siyasəti, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi də mühüm prioritet kimi müəyyənləşdirilib. Bu, sənədin yalnız hərbi-siyasi deyil, həm də mənəvi və sivilizasiya xarakterli əhəmiyyət daşıdığını göstərir.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yol xəritəsi olmaqla yanaşı, regionda yeni geosiyasi reallıqların formalaşmasının əsas sütunlarından biri hesab olunur. Sənəd Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsinin siyasi-hüquqi ifadəsi, Türk dünyasının həmrəyliyinin və strateji əməkdaşlığının parlaq nümunəsidir.
Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan və Türkiyə yalnız dost və qardaş ölkələr deyil, eyni zamanda ortaq maraqları, ortaq təhlükəsizlik məkanı və ortaq gələcək vizyonu olan müttəfiq dövlətlərdir. Bu sənədin tarixi əhəmiyyəti də məhz bundan ibarətdir. Azərbaycandan yüksələn bu birlik modeli bu gün regionun sabitliyi, təhlükəsizliyi və inkişafı üçün etibarlı təminatlardan biri kimi çıxış edir.
Bəhruz Quliyev
Səs qəzetinin baş redaktoru, siyasi ekspert
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...