15 İyun - Qurtulşdan Suverenliyə

15 İyun - Qurtulşdan Suverenliyə15 İyun Azərbaycan xalqının taleyində sadəcə təqvim günü deyil, dövlətçiliyimizin xilası, milli birliyin bərpası və müasir Azərbaycanın təməlinin qoyulduğu tarixi dönüş nöqtəsidir. 1992-1993-cü illərdə ölkədə hökm sürən siyasi xaos, idarəçilik böhranı, hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti Azərbaycanı faktiki olaraq parçalanma və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qoymuşdu. Dövlət institutları iflic vəziyyətinə düşmüş, iqtisadiyyat çökmüş, orduda pərakəndəlik yaranmış, torpaqlarımızın işğalı davam edirdi.

Belə bir ağır və taleyüklü məqamda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xilası oldu. 15 İyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Məhz buna görə də həmin gün xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi qəbul edilir.

Heydər Əliyev özünün böyük siyasi təcrübəsi, qətiyyəti və uzaqgörənliyi ilə dövlətçiliyin məhvinin qarşısını aldı, Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi və milli həmrəyliyi təmin etdi. O dövrdə ən vacib amillərdən biri Heydər Əliyev və xalq birliyinin formalaşması oldu. Bu birlik dövlətçilik ideyasını milli maraqların fövqünə qaldırdı və Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil etdi.

Ulu Öndərin rəhbərliyi altında hüquqi, demokratik dövlət quruculuğu prosesi başlandı, Konstitusiya qəbul edildi, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması, azad medianın inkişafı, siyasi plüralizmin genişləndirilməsi üçün zəruri şərait yaradıldı. Azərbaycanın iqtisadi dirçəlişini təmin edən taleyüklü qərarlar qəbul edildi, neft strategiyası həyata keçirildi və ölkə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi möhkəmləndi.

2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilməsi Azərbaycanın inkişafında yeni mərhələ yaratdı. Güclü iqtisadiyyatın qurulması, müasir ordunun formalaşdırılması, regional liderlik mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq nüfuzun artması nəticəsində Azərbaycan öz tarixinin ən qüdrətli dövrünə qədəm qoydu.

Bu siyasətin ən möhtəşəm nəticəsi 2020-ci ildə əldə edilən tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyünün böyük hissəsinin bərpası oldu. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam təmin edildi. Beləliklə, bir əsrdən artıq müddətdən sonra Azərbaycan ilk dəfə olaraq öz sərhədləri daxilində tam suverenliyini təmin etmiş, bütöv və güclü dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bu gün "Qurtuluşdan Suverenliyə" ifadəsi sadəcə siyasi şüar deyil, tarixi reallıqdır. Əgər 15 İyun 1993-cü ildə dövlətçiliyimiz xilas edilməsəydi, Azərbaycanın bugünkü gücündən, sabitliyindən, beynəlxalq nüfuzundan və tarixi qələbələrindən danışmaq mümkün olmazdı. Milli Qurtuluş Günü Azərbaycan xalqının müdrik seçiminin, Heydər Əliyev siyasi irsinin və dövlətçilik ənənələrinin təntənəsinin simvoludur. Bu yolun məntiqi nəticəsi isə suveren, qüdrətli, bütöv və gələcəyə inamla addımlayan Azərbaycandır.

Bəhruz Quliye
Səs qəzetinin baş redaktoru Fəlsəfə üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 534   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir

Azərbaycanda qaz plitələri, kombilər və su qızdırıcılarının təhlükəsizliyinə dair yeni tələblər tətbiq olunacaq. -ın məlumatına görə, qazla işləyən qurğular partlayış riskini istisna etməli, qaz yollarının birləşmələri hermetik olmalı və yanmamış qazın təhlükəli səviyyədə toplanmasının qarşısını almalıdır

31 oktyabr
.

Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda

Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr