Zelenski Fransada G7 liderləri ilə qapalı görüş keçirib
Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın Evian şəhərində keçirilən sammit çərçivəsində "Böyük Yeddilik" (G7) ölkələrinin liderləri ilə qapalı formatda görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb. Bildirilib ki, danışıqların əsas mövzusu Ukraynadakı hərbi münaqişə olub.
Qəzetin yazdığına əsasən, görüşdən əvvəl Fransa Prezidenti Emmanuel Makron Zelenskini şəxsən qarşılayaraq qucaqlayıb. Tərəflər Kiyevə yardımların davam etdirilməsinə qarşı çıxan ABŞ Prezidenti Donald Trampla dialoqun necə qurulacağı məsələsini müzakirə ediblər. Zelenskinin Trampla ikitərəfli görüş barədə suala mənfi cavab verdiyi ehtimal olunur.
Ağ Evdən də Donald Trampın Zelenski ilə xüsusi bir görüş planlaşdırmadığı bildirilib, lakin tədbir çərçivəsində qısa ayaqüstü söhbətin mümkünlüyü istisna edilməyib. Xəbərə görə ABŞ rəhbəri Zelenskinin G7 liderləri ilə keçirdiyi qapalı iclasda iştirak etməyib.
İyunun 16-da Cenevrə gölünün cənub sahilində yerləşən Fransanın Evian kurort şəhərində "Böyük Yeddilik" liderlərinin sammitinə start verilib. İyunun 17-dək davam edəcək toplantıda G7-yə daxil olan ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya dövlət başçıları, həmçinin Avropa İttifaqının nümayəndələri iştirak edirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 263 Tarix: 16 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir
Sentyabrın 15-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə müntəzəm uçuşları bərpa edəcək. Bu barədə Qaynarinfo-ya səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, Bakı-Ciddə-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə - çərşənbə axşamı, çərşənbə
8 sentyabrBakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
9 sentyabrSüni intellekt həkimləri əvəz edə bilərmi? - AÇIQLAMA
Süni intellekt artıq tibbdə diaqnostika, tibbi görüntülərin təhlili və klinik qərarların dəstəklənməsi kimi sahələrdə istifadə olunur. Bununla belə, ÜST süni intellektdən istifadə zamanı təhlükəsizlik, insan nəzarəti və etik prinsiplərin qorunmasının vacibliyini vurğulayır. Bəs, süni intellektin tibbd
8 sentyabrBakıda riyazi savadlılıq üzrə 40 bal artım qeydə alınıb
"Bakı üzrə PISA nəticələri 2018-ci illə müqayisədə orta hesabla 35 bal yüksəlib. Riyazi savadlılıq üzrə nəticə 420 baldan 460 bala, təbiət elmləri üzrə 398 baldan 440 bala, oxu savadlılığı üzrə isə 389 baldan 405 bala yüksəlib". xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməs
8 sentyabrNuranın oğlu Avropada təhsil alacaq
Müğənni Nura Suri kiçik oğlu Davidi Macarıstana yola salıb. Axşam.az xəbər verir ki, sənətçinin övladı Budapeştdə təhsil alacaq. Nura sosial şəbələdə paylaşım edərək "Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun" sözlərin
9 sentyabrBakıda riyazi savadlılıqda aşağı nəticə göstərən şagirdlərin payı azalıb
Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib. xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrini
8 sentyabr