Kraudfandinq operatoru necə yaradılacaq? - Detallar

Kraudfandinq operatoru necə yaradılacaq? - DetallarKraudfandinq operatorunun yaradılması və fəaliyyətinin təşkilinin hüquqi əsasları müəyyən edilir.

Sonxeber.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Kraudfandinq haqqında" yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, operator məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyəti formasında yaradılır.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsində göstərilən siyahıya daxil olan dövlətlərin (ərazilərin) vətəndaşları və ya həmin dövlətlərdə (ərazilərdə) qeydiyyata alınmış hüquqi şəxslər, habelə "Hədəfli maliyyə sanksiyaları haqqında" Qanunun 1.1.1-ci maddəsində göstərilən fiziki şəxslər və qurumlar, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər operatorun təsisçisi (iştirakçısı), mühüm iştirak payının sahibi və benefisiar mülkiyyətçisi ola bilməzlər.

Operatorun fəaliyyətinin müstəsna predmeti səhm və borc əsaslı kraudfandinqin həyata keçirildiyi platformanın idarə edilməsidir.

Operator Mərkəzi Bank tərəfindən aparılan kraudfandinq platformalarını idarə edən operatorların reyestrinə (bundan sonra - reyestr) daxil edildikdən sonra platformanın idarə edilməsi üzrə fəaliyyəti həyata keçirə bilər.

Operatorun nizamnamə kapitalı və məcmu kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum miqdardan az olmamalıdır. Nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Operatorun adında "kraudfandinq platformasının operatoru" sözləri olmalıdır. Operatorun adında "dövlət", "milli", "mərkəzi", "hökumət", "zəmanətli" və ya "sığortalı" sözlərindən istifadə edilməsinə yol verilmir. Operatorun adı cəlb edilən pul vəsaitlərinin təminatlı olması, habelə investorların məruz qala biləcəyi risklər haqqında yanlış təəssürat yarada biləcək digər sözləri özündə əks etdirməməlidir.

Operator fəaliyyətinin effektiv idarə olunmasına, o cümlədən vəzifə bölgüsünə, fəaliyyətinin davamlılığına, habelə maraqlar münaqişəsinin qarşısının alınmasına dair daxili siyasət və prosedurları qəbul etməli və onların həyata keçirilməsi üzrə daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

Onun əməliyyat funksiyaları başqa şəxslər tərəfindən həyata keçirilə bilər, bu şərtlə ki, onların fəaliyyəti operatorun daxili nəzarətinin keyfiyyətinə və operatorun bu Qanunla müəyyən edilmiş tələblərə əməl etməsinə Mərkəzi Bankın nəzarət etmək imkanlarına xələl gətirməsin. Operatorun əməliyyat funksiyalarının başqa şəxslər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq həmin funksiyaların həyata keçirilməsinə görə tam məsuliyyəti operator daşıyır.

Operatorun idarəetmə funksiyalarının yerinə yetirilməsi səlahiyyəti kənar idarəçiyə verilə bilməz.

Həmçinin, kraudfandinq operatorunun idarəetmə funksiyalarını yerinə yetirən şəxslərə dair tələblər müəyyən edilir.

Qanun layihəsinə əsasən, operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri aşağıdakı tələblərə cavab verməlidir:

5.1.1. ali təhsilli olmalı;

5.1.2. azı biri Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələrində 3 (üç) illik iş təcrübəsinə malik olmalı;

5.1.3. vətəndaş qüsursuzluğuna malik olmalı.

5.2. Bu Qanunun 19.1.2 - 19.1.5-cı maddələrində nəzərdə tutulan əsaslar üzrə operatorun reyestrdən çıxarılması barədə qərarın qəbul edildiyi tarixdən, yaxud operatorun və ya maliyyə bazarlarında fəaliyyət göstərən Mərkəzi Bankın digər nəzarət subyektlərinin maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar onların məcburi ləğv edilməsi, müflis elan edilməsi barədə qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə həmin operatorun və ya nəzarət subyektinin fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş idarəetmə funksiyalarını yerinə yetirmiş şəxs müvafiq qərarın qəbul edildiyi tarixdən etibarən 3 (üç) il ərzində operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxs ola bilməz. Operatorun idarəetmə funksiyalarını yetirən şəxs həmçinin 3 (üç) ildən az olmayan müddət ərzində Mərkəzi Bankın tələbi ilə hər hansı digər nəzarət subyektində vəzifəsindən azad edilmiş şəxs (barəsində işə bərpa olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla) ola bilməz.

5.3. Operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxslər barədə reyestrdə dəyişikliklər edilməsi üçün Mərkəzi Banka ünvanlanan müraciətə həmin şəxslərin bu Qanunun 5.1-ci maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar və sənədlər əlavə edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 392   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30 oktyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr