İctimai qınaq qorxusu insanın gündəlik qərarlarına nə dərəcədə təsir edir? - AÇIQLAMA

İctimai qınaq qorxusu insanın gündəlik qərarlarına nə dərəcədə təsir edir? - AÇIQLAMAMüasir cəmiyyətdə insanların davranışlarına təsir edən ən güclü amillərdən biri də ictimai qınaq qorxusudur. Bir çox hallarda insanlar öz istəklərinə və düşüncələrinə uyğun deyil, ətraf mühitin və cəmiyyətin onlardan gözlədiyi şəkildə qərarlar qəbul edirlər.

Bu qorxu bəzən şəxsi münasibətlərdən tutmuş peşə seçiminə, həyat tərzinə və gündəlik davranışlara qədər müxtəlif sahələrdə özünü göstərir.

Bəs ictimai qınaq qorxusu insanın gündəlik qərarlarına nə dərəcədə təsir edir?

Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Ictimai qınaq qorxusu insanın gündəlik qərarlarına düşündüyümüzdən daha çox təsir edir. İnsan sosial varlıqdır və qəbul olunmaq, aid olmaq ehtiyacı daşıyır. Məhz buna görə də ətrafındakı insanların fikirləri onun davranışlarına birbaşa təsir göstərə bilir.

Bir çox insanlar geyim seçimindən tutmuş təhsil, peşə, evlilik və hətta şəxsi fikirlərini ifadə etməyə qədər müxtəlif məsələlərdə cəmiyyətin reaksiyasını nəzərə alırlar. Bəzən insan daxilən istəmədiyi bir qərarı yalnız qınanmaqdan və ya tənqid olunmaqdan qorxduğu üçün qəbul edir. Bu vəziyyət xüsusilə kollektiv düşüncənin güclü olduğu cəmiyyətlərdə daha çox müşahidə olunur.

İctimai qınaq qorxusu müəyyən həddə qədər sosial normalara uyğunlaşmağa kömək etsə də, həddindən artıq olduqda insanın fərdiliyini məhdudlaşdıra bilər. Belə şəxslər öz ehtiyac və istəklərini arxa plana keçirir, başqalarının gözləntilərinə uyğun yaşamağa çalışırlar. Nəticədə zamanla narazılıq, özünəinamın azalması, narahatlıq və emosional gərginlik yarana bilər.

Sağlam psixoloji vəziyyət üçün insan başqalarının fikirlərini nəzərə almaqla yanaşı, öz dəyərlərini və ehtiyaclarını da qorumağı bacarmalıdır. Əks halda həyatını öz seçimlərinə deyil, ətrafın reaksiyalarına uyğun qurmuş olur ki, bu da uzunmüddətli perspektivdə psixoloji yorğunluğa səbəb ola bilər"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 471   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, 156 nömrəli marşru

31 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

31 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan hallar istisn

31 oktyabr
.

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir

31 oktyabr
.

Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil

Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl

31 oktyabr