"2023-cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır" - Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ - VİDEO
Paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsi, 11 ünvanında bir vaxtlar köhnə tikililər yerləşirdi. Həmin tikililər sökülüb, yerində yeni çoxmərtəbəli binalar inşa olunub. Köhnə tikililərdə yaşayan vətəndaşlara isə yeni binalardan mənzillər verilib.
Sonxeber.az Baku TV-yə istinadən xəbər verir ki, amma bəzi sakinlər onlara verilən mənzillərdən narazıdırlar. Onlar bildirirlər ki, bu evlərdə yaşamaq mümkün deyil.
"Söküntüdən sonra bizə yeni binadan mənzil verildi. Üstəlik, əlavə kvadratmetrə görə ödəniş də etmişik. 2023-cü ildə bizə zəng etdilər ki, eviniz hazırdır, gəlib baxa bilərsiniz. Mənzilin vəziyyəti məni qane etmədi. Divarlarda çatlar var, su və kanalizasiya sistemində problemlər mövcuddur. Şərait yaxşı deyil, yaşayış üçün yararsızdır. Şirkətin nümayəndələrinə müraciət etdim, amma məni içəriyə belə buraxmadılar, qovdular. Dedilər ki, haraya istəyirsiniz, şikayət edin, biz heç kimə kömək etmirik. Mən həm pul ödəmişəm, həm də zərər çəkmişəm. Hüquqlarım pozulub. Müqavilədə mənzilin tam təmirli verilməsi nəzərdə tutulub. Amma bununla bağlı heç bir əsaslı iş görülməyib. Məni aldadıblar", - şikayətçi Məhəbbət Şamayeva deyib.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş Məhəbbət Şamayevanın "İnteks" MTK ilə yaranmış probleminin müsbət həlli üçün şirkət rəhbərliyinə müraciət olunub.
Qeyd edilib ki, şirkət qısa zamanda mövcud problemin aradan qaldırılması istiqamətində tədbirlər görəcəyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1028 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrAbramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil
Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl
31 oktyabrAzərbaycanlı alim vəfat etdi - Fotolar
Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik
31 oktyabrMetro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
1 noyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabrBiznesin gündəmi artıq bir ünvanda - 1business.media fəaliyyətə başladı
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. "Bakupost"a verilən məlumata görə yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşla
31 oktyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabr