Əli Əhmədov: "Azərbaycan və Rusiya arasında dostluq, mehriban qonşuluq zəngin tarixi ənənələrə malikdir"
"Azərbaycan və Rusiya arasında dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri zəngin tarixi ənənələrə malikdir və bu əlaqələr hər zaman xalqlarımızın maraqlarına xidmət edib".
Sonxeber.az xəbər verir ki, bunu parlament sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclasında deyib.
O bildirib ki, ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər və dövlət qurumları arasında fəal əməkdaşlıq mühüm əhəmiyyət daşıyır:
"Bu münasibətlərdə Parlamentlərarası Komissiya xüsusi yer tutur. Fəaliyyəti dövründə komissiya parlamentlərarası əlaqələrin davamlı inkişafına töhfə verən mühüm əməkdaşlıq platforması kimi özünü doğruldub.
Komissiyanın 24-cü iclasının gündəliyinə parlamentlərarası əməkdaşlığın bir sıra vacib məsələləri daxil edilib. Xüsusilə, parlament demokratiyasının inkişafı, təcrübə mübadiləsi və qanunvericilik sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
İclasda səhiyyə sahəsində əməkdaşlıq, tibbi kadrların hazırlanması, elm və təhsil sahələrində qarşılıqlı fəaliyyət kimi istiqamətlər də müzakirə olunacaq.
Təhsil və elm sahəsi üzrə əməkdaşlıqda Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsinin - Moskva Dövlət Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycandakı filiallarının fəaliyyəti xüsusi qeyd olunmalıdır".
Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatski isə Komissiyanın 24-cü iclasında bildirib:
"Fəaliyyətimizə ölkələrimizin liderləri böyük önəm verirlər. Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Azərbaycan Prezidenti İlham Əliyev əməkdaşlığımıza daim diqqət göstərir və onun inkişaf istiqamətlərini müəyyənləşdirirlər. Parlament rəhbərləri də ölkə liderlərinin müəyyən etdiyi xəttə uyğun olaraq əməkdaşlığımızı dəstəkləyirlər".
O hesab edir ki, müntəzəm görüşlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Əli Əhmədova təşəkkür edirəm ki, biz ildə iki dəfə komissiyanın iclasını keçirmək ənənəsini qoruyub saxlayırıq. Bəzi komissiyalar hətta ildə bir dəfə belə toplaşa bilmirlər. Biz isə bu müntəzəmliyi qoruyuruq və bu, əməkdaşlığımızın real göstəricisidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 274 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrKeyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrNatiq Fərzəliyev əməliyyat olundu
Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə
31 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabrAzərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31 oktyabr