Gəncədə AĞLASIĞMAZ DƏLƏDUZLUQ: Pulu qayınanasından alacağını dedi

Gəncədə AĞLASIĞMAZ DƏLƏDUZLUQ: Pulu qayınanasından alacağını dediGəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub.

Sonxeber.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2 650 manat pulunu ələ keçirib. O, avtomobilin guya özünə məxsus olduğunu bildirərək nəqliyyat vasitəsini 15 600 manata satmaq barədə razılıq əldə edib. Daha sonra avtomobilin kredit borcunun qaldığını deyərək alıcıdan əvvəlcə 50 manat, sonra isə 2 600 manat alıb.

İstintaqla müəyyən edilib ki, həmin avtomobil əslində icarəyə götürülüb və təqsirləndirilən şəxs əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf edib. Aldadıldığını anlayan zərərçəkmiş sonradan avtomobili sahibinə qaytarıb.

Bununla yanaşı, təqsirləndirilən şəxs başqa bir dələduzluq əməli də törədib. O, internet üzərindən satışa çıxarılan "Hyundai Tucson" markalı avtomobili almaq istədiyini bildirərək sahibinin etibarını qazanıb. Pulunun bir hissəsinin çatışmadığını, qalan məbləği isə qayınanasından alacağını deyərək avtomobil sahibini nəqliyyat vasitəsini lombarda girov qoymağa razı salıb.

Zərərçəkmiş avtomobili lombarda qoyaraq 10 min manat əldə edib. Daha sonra təqsirləndirilən şəxs həmin pulu almaq üçün onunla birlikdə əvvəlcədən müəyyən edilmiş ünvana gedib. Pulu aldıqdan sonra binaya daxil olan şəxs ehtiyat çıxışından istifadə edərək hadisə yerindən qaçıb və vəsaiti mənimsəyib.

Beləliklə, o, iki ayrı epizod üzrə zərərçəkmişlərə ümumilikdə 12 650 manat maddi ziyan vurub.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında keçirdiyi müddət nəzərə alınaraq cəzadan çıxılıb və onun üzərində qəti olaraq 1 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 539   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr