Cəmiyyətin uğurlu hesab etdiyi şəxslər niyə özlərini xoşbəxt deyil, tükənmiş hiss edirlər? - AÇIQLAMA
Müasir dövrdə uğur çox vaxt yüksək gəlir, nüfuzlu vəzifə, aktiv sosial həyat və ya cəmiyyətdə tanınmaqla ölçülür.
Kənardan baxdıqda hər şeyə sahib görünən bəzi insanlar isə daxildə yorğunluq, mənasızlıq hissi və emosional tükənmə yaşayırlar.
Bəs cəmiyyətin uğurlu hesab etdiyi şəxslər niyə özlərini xoşbəxt deyil, tükənmiş hiss edirlər?
Mövzu ilə bağlı psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib.
"Cəmiyyətdə uğurlu görünən insanların daxilən tükənmiş hiss etməsinin bir neçə psixoloji səbəbi var. İlk növbədə, uğur hər zaman daxili məmnunluq demək deyil. İnsan bəzən həyatını öz istəklərinə görə deyil, ailənin, cəmiyyətin və ya ətraf mühitin ondan gözlədiyi standartlara uyğun qurur. Nəticədə müəyyən nailiyyətlər əldə etsə də, daxilində boşluq hissi yarana bilir.
Digər mühüm səbəb isə daimi performans təzyiqidir. Uğurlu insanlar çox vaxt əldə etdiklərini qorumaq, daha böyük nəticələr göstərmək və başqalarının gözləntilərini doğrultmaq məcburiyyəti hiss edirlər. Bu isə uzun müddət davam etdikdə emosional və psixoloji tükənməyə səbəb olur.
Bəzi insanlar öz dəyərlərini yalnız uğurları ilə əlaqələndirirlər. Onlar düşünürlər ki, sevilmək və qəbul edilmək üçün daim daha yaxşı nəticələr göstərməlidirlər. Belə yanaşma insanın özünü davamlı olaraq sübut etməsinə və heç vaxt tam razılıq hiss etməməsinə gətirib çıxarır.
Sosial şəbəkələrin təsiri də burada az rol oynamır. İnsanlar adətən həyatlarının yalnız uğurlu tərəflərini nümayiş etdirdikləri üçün həm özləri, həm də başqaları üçün ideal obraz yaratmağa çalışırlar. Bu obrazı qorumaq isə əlavə psixoloji yük yaradır.
Emosional tükənmənin əsas əlamətləri arasında daimi yorğunluq, motivasiya itkisi, həyatdan zövq ala bilməmək, əsəbilik, diqqət problemləri və mənasızlıq hissi yer alır. Belə hallarda insanın yalnız karyera və nəticələrə deyil, şəxsi ehtiyaclarına, istirahətinə, münasibətlərinə və emosional sağlamlığına da diqqət ayırması vacibdir. Çünki həqiqi psixoloji rifah yalnız xarici uğurlarla deyil, daxili balans və məmnunluq hissi ilə formalaşır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 633 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrPensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrSahil Babayevə yeni müavin təyin edildi - Foto
Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy
30 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrİntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai
30 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrŞahdağda qar yağıb
Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd
31 oktyabrNazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi
31 oktyabr