ABŞ və İranın İsveçrə görüşü TƏXİRƏ SALINDI

ABŞ və İranın İsveçrə görüşü TƏXİRƏ SALINDIABŞ və İranın İsveçrədə qarşılıqlı anlaşma memorandumu imzalamaq və texniki məsələlər üzrə danışıqlara başlamaq planları hələ tam olaraq razılaşdırılmayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin rəsmi nümayəndəsi jurnalistlərə məlumat verib.

"Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, texniki məsələlərlə bağlı qarşıdan gələn danışıqların planları hələ tam təsdiqlənməyib və ABŞ nümayəndə heyəti ilk fürsətdə yola düşməyə hazırdır. Bununla belə, bu cür danışıqların təşkilati tərəfi heç vaxt asan və proqnozlaşdırılabilən olmayıb", - deyə Vensin mətbuat xidmətinin nümayəndəsi qeyd edib. Açıqlamada o da vurğulanıb ki, ABŞ-nin vitse-prezidentinin iyunun 18-də ABŞ-nin Şərq sahili vaxtı ilə axşam saatlarında İsveçrəyə yola düşməsi planlaşdırılmır. Rəsmi nümayəndə əlavə edib ki, Vaşinqton bu müzakirələrə ən qısa zamanda başlamaq niyyətindədir.

"Axios" nəşrinin və İsrailin "Channel 12" telekanalının əməkdaşı Barak Ravid da sözügedən məsələyə reaksiya verib.

O, "X" platformasında etdiyi paylaşımda bildirib ki, Vaşinqtonun vitse-prezident Cey Di Vensin İsveçrəyə nəzərdə tutulan səfərini ertələməsinin arxasında Tehranın Livanla bağlı tutduğu mövqe dayana bilər. Ravidin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, səfərin ləngiməsi qismən İran tərəfinin Livandakı vəziyyətlə əlaqədar irəli sürdüyü tələblərlə bağlıdır.

Tehran bundan əvvəl xəbərdarlıq edib ki, İsrail tərəfindən Livana ediləcək hər hansı yeni hücum Birləşmiş Ştatlarla əldə olunacaq anlaşma memorandumunun şərtlərinin pozulması kimi qəbul ediləcək.

Cey Di Vens bir müddət əvvəl memorandumun imza mərasiminin çox güman ki, həftəsonu keçiriləcəyini açıqlamışdı. O vurğulayıb ki, bu məsələnin reallaşması əsas etibarilə İran tərəfinin atacağı addımlardan asılıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 481   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Şahdağda qar yağıb

Ölkə ərazisinin əksər yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 31-i saat 10:00-a olan məlumatında qeyd olunub. Düşən yağıntının miqdarı Daşkəsən, Lerikdə 10, Biləsuvar, Oğuzda 9, Gədəbəy, Şamaxıd

31 oktyabr
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Yol polisindən moped və velosiped sürənlərə xəbərdarlıq - Video

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib

31 oktyabr
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30 oktyabr