Tirana ilə Bakı arasında birbaşa aviareysin açılması gözlənilir
"Albaniya və Azərbaycan arasında güclü və inkişaf edən əlaqələr mövcuddur. Bu münasibətlərin əsasını son illərdə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi təşkil edir. Xəzər regionundan başlayaraq Albaniya üzərindən İtaliyaya uzanan bu layihə təkcə Albaniya üçün deyil, həm də Şərqi, Mərkəzi və Cənubi Avropa üçün strateji əhəmiyyət daşıyır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Albaniyanın maliyyə nazirinin müavini Endrit Yzeiraj İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində deyib.
Tirana ilə Bakı arasında birbaşa aviareysin açılması gözlənilir - ÖZƏL
O qeyd edib ki, Albaniya və Azərbaycan arasında əlaqələrin inkişafı üçün turizm, enerji, nəqliyyat və mədəniyyət sahələrində geniş əməkdaşlıq potensialı mövcuddur:
"Bununla yanaşı, biz əlaqələrimizi daha da genişləndirməyə çalışırıq. Hazırda əsas hədəflərimizdən biri Tirana ilə Bakı arasında birbaşa aviareysin açılmasıdır. Son illərdə Tirana və ümumilikdə Albaniya sürətlə inkişaf edən turizm istiqamətinə çevrilib. Biz Azərbaycanla və onun xalqı ilə münasibətlərimizi daha da gücləndirmək, turizm sahəsində təcrübə mübadiləsini artırmaq istəyirik. Yeni turizm marşrutlarının yaradılması və turist axınının böyüməsi yönündə paylaşa biləcəyimiz zəngin təcrübə mövcuddur.
Azərbaycan, xüsusilə Bakı beynəlxalq tədbirlərin keçirildiyi mühüm konfrans və biznes mərkəzinə çevrilib. Albaniya da Aralıq dənizi hövzəsində sürətlə inkişaf edən turizm məkanıdır. Bu baxımdan iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar var"
Nazir müavini qeyd edib ki, iki ölkəni birləşdirən digər mühüm amil ortaq tarixi və mədəni irsdir:
"Həm sosializm dövrü, həm də Osmanlı irsi ilə bağlı müəyyən ortaq təcrübələrimiz və mədəni yaxınlıqlarımız var. Bu ortaq irs gələcək əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.
Enerji sahəsində də əməkdaşlığımız davam edir. Son illərdə Albaniyanın ən soyuq və dağlıq bölgələrindən biri olan Korça şəhərinin qazlaşdırılması ilə bağlı layihə üzərində işləyirik. Korça bu istiqamətdə pilot şəhər kimi nəzərdə tutulur və təbii qazın Azərbaycandan tədarük olunması planlaşdırılır. Layihə ilə bağlı müzakirələr davam edir. Bu, çox böyük və mühüm təşəbbüsdür, ona görə də həllini gözləyən çoxsaylı texniki məsələlər mövcuddur. Bununla belə, həm Albaniyanın Baş naziri, həm də Azərbaycanın Prezidenti səviyyəsində bu layihə ilə bağlı yüksək səviyyəli dialoq aparılıb".
Nazir müavini sonda qeyd edib:
"Biz münasibətlərimizin yalnız görünən hissəsini kəşf etmişik və bu əlaqələri daha da dərinləşdirmək niyyətindəyik. Ən vacibi isə odur ki, ölkələrimiz sülhə və qarşılıqlı əməkdaşlığa əsaslanan dünya nizamı ilə bağlı ortaq baxışı bölüşür. İnanıram ki, məhz bu fundamental yanaşma gələcəkdə quracağımız bütün əməkdaşlığın əsasını təşkil edəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Natiq Fərzəliyev əməliyyat olundu