İsti havalarda bunu etməyin - Tromboz riski artır
Yay aylarında yüksək temperatur, kifayət qədər maye qəbul edilməməsi və uzun müddət hərəkətsiz qalmaq damar sağlamlığı üçün ciddi risk yaradır. Ürək-damar cərrahiyyəsi üzrə mütəxəssis, professor doktor Uğursay Kızıltepe isti havalarda xüsusilə diqqət edilməli məqamları açıqlayıb.
Qaynarinfo xəbər verir ki, havanın isinməsi ilə orqanizm daha çox maye itirir. Kifayət qədər su içilmədikdə qan daha qatı hala gəlir və bu vəziyyət xüsusilə venoz (toplardamar) sistemində problemlərə səbəb ola bilir. Tərləmə ilə yaranan maye itkisi əvəz olunmadıqda qan dövranı yavaşlayır və tromboz riski yüksəlir.
Uzun müddət oturmaq və yolçuluqlar
Uzun müddət hərəkətsiz qalmaq, xüsusilə avtomobil və təyyarə səfərlərində qanın laxtalanmasına səbəb ola bilər. Bu vəziyyət dərin vena trombozu riskini artırır. İsti hava, susuzluq və immobilizasiya bir araya gəldikdə risk daha da yüksəlir.
Mütəxəssislər uzun yolçuluqlarda hər 1-2 saatdan bir qısa hərəkət etməyi, ayaq biləyi hərəkətləri yerinə yetirməyi və bol maye qəbul etməyi tövsiyə edir. Dar geyimlərdən uzaq durmaq və mümkün olduqda yüngül kompressiya corablarından istifadə etmək də faydalıdır.
Əlamətlərə diqqət
Tromboz bəzi əlamətlərlə özünü göstərə bilər. Xüsusilə bir ayaqda qəfil şişkinlik, ağrı, qızartı, istilik artımı və həssaslıq diqqətə alınmalıdır. Bu əlamətlər olduqda dərhal tibb müəssisəsinə müraciət edilməlidir.
Bəzi hallarda laxta ağciyərə keçərək həyati risk yarada bilər. Bu zaman qəfil nəfəs darlığı, sinə ağrısı, ürəkdöyünmə və huş itirmə hissi kimi əlamətlər ortaya çıxa bilər və təcili tibbi müdaxilə tələb olunur.
Risk qrupları
İrəli yaşlı şəxslər, varikoz və venoz çatışmazlığı olanlar, əvvəllər tromboz keçirmiş insanlar və ürək-damar xəstəliyi olanlar daha yüksək risk qrupuna daxildir.
Bundan əlavə, piylənmə, siqaret istifadəsi, hamiləlik, doğuşdan sonrakı dövr və hormonal kontraseptiv istifadə edən qadınlarda da risk artır. Uzun müddət hərəkətsiz qalan şəxslər də diqqətli olmalıdır.
Qoruyucu tədbirlər
Mütəxəssislər xüsusilə 11:00-16:00 aralığında günəş altında uzun müddət qalınmamasını, yüngül və rahat geyim seçilməsini, gəzintilərin isə səhər və ya axşam saatlarında planlaşdırılmasını tövsiyə edir. Daimi hərəkət və düzgün maye qəbulu damar sağlamlığı üçün əsas şərtlərdən biridir.
Xroniki xəstəliyi olanlar, xüsusilə qan durulducu dərman qəbul edənlər həkim göstərişi olmadan müalicələrini dəyişməməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 413 Tarix: 19 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrHər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə
1 noyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrŞirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb
Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind
31 oktyabrİntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai
30 oktyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrNoyabrın ilk gününə olan hava proqnozu
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman
31 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabr