İnsan öldükdən sonra onun sosial şəbəkə hesablarına kimin müdaxilə etmək hüququ var? - AÇIQLAMA

İnsan öldükdən sonra onun sosial şəbəkə hesablarına kimin müdaxilə etmək hüququ var? - AÇIQLAMARəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə insanın ölümündən sonra onun sosial şəbəkə hesablarının taleyi də hüquqi müzakirə mövzusuna çevrilib.

Bir çox hallarda yaxınları vəfat etmiş şəxsin hesabını bağlamaq, xatirə hesabına çevirmək və ya şəxsi məlumatlarına çıxış əldə etmək istəyirlər.

Bəs Azərbaycan qanunvericiliyinə görə, insan öldükdən sonra onun sosial şəbəkə hesablarına kimin müdaxilə etmək hüququ var?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Azərbaycan qanunvericiliyində sosial şəbəkə hesablarının miras kimi ötürülməsini birbaşa tənzimləyən ayrıca norma mövcud deyil. Bununla belə, məsələyə mülki hüquq, şəxsi məlumatların qorunması və vərəsəlik hüququ baxımından yanaşmaq mümkündür.

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəalarına əsasən, vəfat etmiş şəxsin əmlak xarakterli hüquq və vəzifələri vərəsələrə keçir. Lakin sosial şəbəkə hesabları təkcə əmlak elementi deyil, həm də şəxsi yazışmaları, şəkilləri, videoları və digər fərdi məlumatları özündə ehtiva etdiyindən onların idarə olunması daha mürəkkəb hüquqi məsələdir.

Əgər vəfat edən şəxs sağlığında hər hansı bir şəxsə hesablarını idarə etmək səlahiyyəti verməyibsə və ya bu barədə vəsiyyətnamə tərtib etməyibsə, yaxın qohumların həmin hesablara birbaşa daxil olmaq hüququ yaranmır. Hətta ailə üzvlərinin belə hesabın şifrəsini dəyişdirməsi, yazışmaları oxuması və ya hesab adından paylaşım etməsi müəyyən hallarda hüquqi mübahisələrə səbəb ola bilər.

Digər tərəfdən, sosial şəbəkə platformalarının öz daxili qaydaları da mühüm rol oynayır. Bir sıra platformalar ölüm haqqında şəhadətnamə və qohumluq əlaqəsini təsdiq edən sənədlər təqdim edildikdə hesabın silinməsinə və ya xatirə hesabına çevrilməsinə imkan verir. Lakin bu, hesabdakı bütün məlumatlara tam çıxış hüququnun verilməsi anlamına gəlmir.

"Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, şəxsi məlumatların qorunması prinsipi şəxsin ölümündən sonra da müəyyən mənada əhəmiyyətini saxlayır. Buna görə vəfat etmiş şəxsin şəxsi yazışmalarının, foto və videolarının onun iradəsinə zidd şəkildə yayılması hüquqi məsuliyyət yarada bilər.

Nəticə etibarilə, insan öldükdən sonra onun sosial şəbəkə hesablarına müdaxilə hüququ avtomatik olaraq ailə üzvlərinə və ya qohumlarına keçmir. Bu məsələ həm vərəsəlik hüququnun, həm şəxsi məlumatların qorunmasının, həm də sosial şəbəkə platformalarının daxili qaydalarının birgə qiymətləndirilməsi əsasında həll olunur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 807   Tarix: 19 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı

Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd

31 oktyabr
.

Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - Video

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda 2035-ci ilədək daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması

31 oktyabr