Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq
İyunun 18-19-da Ali Məhkəmənin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransında iştirak etmək məqsədilə Qazaxıstanın Türküstan şəhərində səfərdə olub.
Sonxeber.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Konfransda çıxış edən İnam Kərimov bildirib ki, Türk Dövlətləri Təşkilatı son illər siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Qeyd olunub ki, bu prosesdə hüquqi əməkdaşlıq da xüsusi yer tutur və Azərbaycanın türk dünyası ölkələri ilə hüquq sahəsində əlaqələri, yüksək səviyyəli qarşılıqlı səfərlər və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq təşəbbüsləri artan dinamika ilə davam edir.
Çıxışda qeyd edilib ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi ilə yanaşı, iqtisadi münasibətlərin inkişafı və investisiyaların təşviqində məhkəmələrin rolu xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, hüquq sisteminə ictimai etimadın qorunması və daha da möhkəmləndirilməsi məqsədilə məhkəmə sistemi daim inkişaf etməli, fəaliyyətini müasir dövrün çağırışlarına uyğunlaşdırmalıdır. Çıxış zamanı məhkəmə xidmətlərinin elektronlaşdırılması və proseslərin rəqəmsal əsasda təşkili istiqamətində əldə olunmuş nailiyyətlərə də toxunulub. Yeni çağırışlar fonunda süni intellekt texnologiyalarının imkanlarının araşdırılması, onların məhkəmə fəaliyyətində tətbiqi və qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə qeyd edilib ki, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası təsdiq olunub. Strategiya dövlət idarəçiliyində rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə yanaşı, məhkəmə sistemində innovativ texnologiyaların tətbiqi üçün də yeni imkanlar yaradıb.
Həmçinin bildirilib ki, türk dövlətlərinin ali məhkəmələri arasında yaradılması nəzərdə tutulan Vahid Məlumat Platforması hakimlərin və hüquq ictimaiyyətinin üzvlərinin digər dövlətlərin məhkəmə təcrübəsi ilə daha yaxından tanış olmasına, qabaqcıl hüquqi yanaşmaların öyrənilməsinə və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcək.
Tədbirin yekununda Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransının Birgə Bəyanatı qəbul olunub. Bəyanatda məhkəmə sistemlərinin rəqəmsallaşdırılması, investor hüquqlarının qorunmasının gücləndirilməsi, eləcə də türk dövlətlərinin ali məhkəmələri arasında Vahid Məlumat Platformasının yaradılması istiqamətində əməkdaşlığın inkişafı nəzərdə tutulur.
Səfər çərçivəsində İnam Kərimov Qazaxıstan Ali Məhkəməsinin sədri Aslanbek Merqaliyev və Qırğızıstan Ali Məhkəməsinin sədri Mederbek Satıyev ilə görüşlər keçirib. Görüşlər zamanı məhkəmə-hüquq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər zamanı nümayəndə heyəti, həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib. Kasım-Jomart Tokayev Təşkilatın çoxtərəfli əməkdaşlığın inkişafında xüsusi rol oynadığını vurğulayıb, üzv dövlətlər arasında məhkəmə-hüquq sahələrində əməkdaşlığın davamlı şəkildə gücləndiyini qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Natiq Fərzəliyev əməliyyat olundu