Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadırBu gün ölkəmizdə ən qürurverici, ən əlamətdar günlərdən biridir. Azərbaycanın Silahlı Qüvvələr günüdür. İnanmıram ki, Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız, xüsusilə son illər bu günü bayram kimi qeyd etməsin, bir-birini təbrik etməsin.

Milli silahlı qüvvələrin yaradılması prosesi ötən əsrin əvvəllərindən başlayıb. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin, 1991-ci ilin sentyabrın 29-da isə Azərbaycan Respublikası Müdafiə Şurasının yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında Qanun qəbul edilsə də, bu sahədə ayrı-ayrı şəxslərin, qurumların, o cümlədən Milli Müdafiə Şurasının cəhdlərinə baxmayaraq respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Yalnız 1993-cü ildən başlayaraq ordu quruculuğunda ciddi addımlar atıldı. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə dirçəlişə nail ola bildi. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələr ləğv edilərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaradıldı.
Məhz həmin vaxtdan başlayan ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ən müasir standartlara cavab verən hərbi ləvazimatlarla, silah-sursatla təchiz edilməsi, savadlı, cəsarətli, vətənpərvər hərbi kadrların yetişdirilməsi və sair sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Silahlı Qüvvələrinin davamlı olaraq inkişaf etməsi onun regionun ən qüdrətli ordusuna çevrilməsi ilə nəticələndi.
Azərbaycan Silahlı Qüvvələrinin gücü, döyüş qabiliyyəti, əsgər və zabitlərinin peşəkarlığı, onun ən müasir tələblərə cavab verən hərbi quruma çevrilməsi artıq bir danılmaz fakt kimi 2020-ci il sentyabrın 27-dən başlayaraq, nəinki regionda, dünyanın hər yerində, ən yüksək siyasi kürsülərdə, bizi sevən dostlarımızdan tutmuş, ən zalım düşmənlərimizə qədər hər kəs tərəfindən də etiraf edilməyə başladı".

İstənilən Ordunun ən müasir texnika ilə, silah-sursatla təmin edilməsi, onun haqqında təriflər yağdırılması, müxtəlif epitetlərlə bəzədilməsi onun həqiqi gücünü, döyüş qəbiliyyətinin yüksək olmasını sübuta yetirməyə kifayət etmir. Ordunun gücü, onun döyüş qabiliyyətinin nümayiş etdirilməsi, həyata keçirdiyi əməliyyatlar, əldə etdiyi hərbi uğurlar və qazandığı zəfərlərdir.

Bu mənada 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına və hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusunun başladığı əks hücum əməliyyatları, qısa müddətli zəfər yürüşündə inanılmaz uğurlar əldə etməsi faktı mühüm əhəmiyyət kəsb edir. Silahlı qüvvələrimizin ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı Vətən müharibəsi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına, ölkəmizin suverenliyinin tam bərpa edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi və Ermənistanın kapitulyasiyaya məcbur edilməsi ilə nəticələndi. Əlbəttə ki, bu hadisə həm də Azərbaycan Silahlı Qüvvələrinin əslində nəyə qadir olmasının bütün dünyaya nümayişi idi. Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi, adını dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Beynəlxalq aləm Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları, Ermənistan ordusunun tör-töküntülərinə sarsıdıcı zərbə vurdu və əslində terror təşkilatı olan "Qarabağ özünümüdafiə ordusunu" tamamilə məhv edərək kökünü birdəfəlik kəsdi. İllər boyu yalançı "qəhrəmanlığı", "məğlubedilməzliyi" ilə öyünən, bütün digər məsələlərdə olduğu kimi "Qalibiyyətli erməni ordusu" mifi, nağılları da nağılbazlar üçün acı sonluqla bitdi. Tarix boyu "qəhrəmanlığını" yalnız silahsız, mülki əhali üzərində nümayiş etdirən qəddar və xain düşmənin gücü və cəsarəti qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa çatdı. Məhz uğurla başa çatan bu əməliyyat nəticəsində ölkəmizin ərazisində erməni separatizminə də birdəfəlik son qoyuldu. Azərbaycanın müzəffər Ordusunun 2020-ci ilin sentyabrın 27-də başlanmış mübarizəsi 2023-cü ilin sentyabrında böyük zəfərlə yekunlaşdı. Silahlı qüvvələrimiz Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Əslində keçən əsrin 80-ci illərin sonunda başlayaraq torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı.
Bu gün də Orduya diqqət və qayğının dövlətimizin əsas prioritetlərindən biridir. Azərbaycan öz Ordusunu gücləndirməyə və hərbi potensialını artırmağa böyük önəm verir. Məhz belə uğurlu siyasətin nəticəsi olaraq bu gün Qafqazda ən müasir, ən güclü və ən çevik nizami ordu olan Azərbaycan Silahlı qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunları potensialı rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır. İxtisaslaşmış beynəlxalq qurumlar, xarici hərbi ekspertlər də Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclüləri sırasında olduğunu etiraf edirlər.

Hazırda Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Əminik ki, Cümhuriyyət ordusunun ənənələrini qoruyub saxlamaqla güclü bir orduya çevrilmiş Azərbaycan Silahlı Qüvvələri, gündən-günə artan qüdrəti sayəsində Vətənimizin müdafiəsini təmin etməyə və Ali Baş Komandanının bütün əmrlərini uğurla yerinə yetirməyə qadirdir.

Həbib Məmmədov - ehtiyatda olan polkovnik, müharibə veteranı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 423   Tarix: 20 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr