Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR: İyulun 1-dən etibarən ...

Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR: İyulun 1-dən etibarən ...2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65-ə çatır. Beləliklə, Azərbaycanda qadınlar və kişilər üçün yaşa görə əmək pensiyasına çıxma yaşı eyniləşir. Bu məsələ artıq ictimaiyyətdə müzakirə obyekti olub. Ümumi olaraq qadınlarla kişilərin pensiya yaşının eyniləşdirilməsi gender bərabərliyi kimi təqdim edilir. Amma qadınların ailə və uşaqlara qulluq yükünü nəzərə alanlar fərqli düşünür.

Pensiya yaşının müəyyənləşdirilməsində əsas meyarlar hansılar olmalıdır? Ən uğurlu pensiya modeli necə ola bilər?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, pensiya yaşının təyinatında gender bərabərliyi yeganə meyar kimi götürülməməlidir:

"Gender bərabərliyi vacib prinsipdir, lakin qərar qəbul edilərkən digər demoqrafik göstəricilər, xüsusilə orta ömür uzunluğu da nəzərə alınmalıdır. İnsanların daha uzun yaşaması və əmək qabiliyyətini daha uzun müddət saxlaması pensiya sisteminə əlavə yük yaradır. Buna görə də orta ömür uzunluğu artdıqca ya pensiya yaşı tədricən artırılmalı, ya da sistemin maliyyə dayanıqlığını qorumaq üçün başqa mexanizmlər tətbiq olunmalıdır. Pensiya sistemi ilk növbədə maliyyə baxımından dayanıqlı olmalıdır. Bununla yanaşı, yalnız insanların nə qədər yaşadığına deyil, onların hansı yaşa qədər fiziki və psixoloji baxımdan işləyə bildiyinə də diqqət yetirilməlidir. Əgər insan müəyyən yaşa qədər əmək fəaliyyətini davam etdirə bilirsə, onun təcrübəsindən istifadə etmək məqsədəuyğundur".

İqtisadçı bildirib ki, mövcud sistemdə insanlar uzun illər tamştat işlədikdən sonra birdən-birə əmək bazarından ayrılır və pensiyaya çıxırlar:

"Halbuki insan əmək qabiliyyətini bir anda itirmir. Buna görə də pensiyaya keçid mərhələli şəkildə həyata keçirilməlidir. Məsələn, 60-62 yaşdan etibarən iş yükü azaldılaraq yarımştat iş rejiminə keçid təmin oluna bilər. Bu mərhələ bir neçə il davam etdikdən sonra şəxs tam pensiyaya çıxa bilər. Hətta iş yükünün 75, 50 və 25 faiz səviyyələrində mərhələli şəkildə azaldılması da mümkündür. Belə yanaşma həm psixoloji, həm də iqtisadi baxımdan faydalıdır. Bir çox insan pensiyaya çıxdıqdan sonra sosial həyatdan uzaqlaşdığı üçün psixoloji çətinliklərlə üzləşir. Mərhələli keçid isə bu prosesi daha rahat edər. Eyni zamanda, insanlar müəyyən qədər əməkhaqqı almaqda davam edər, gələcək pensiya təminatlarını gücləndirər və pensiya fondunun yükü azalardı. Bu model qadınlara münasibətdə də tətbiq oluna bilər. Məsələn, pensiya yaşını birdən-birə artırmaq əvəzinə, daha erkən yaşdan iş yükünü azaltmaq və sonrakı illərdə mərhələli şəkildə tam pensiyaya keçidi təmin etmək mümkündür. Bu, həm insanlar üçün daha rahat keçid yaradar, həm də pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirər".

Ekspert əlavə edib ki, yaşlı işçilərin böyük təcrübəsi iqtisadiyyat üçün dəyərli resursdur:

"Onlar tam ştat işləyə bilməsələr də, azaldılmış iş qrafiki ilə fəaliyyət göstərərək bilik və təcrübələrini bölüşə bilərlər. Bəzən uzun illərin təcrübəsinə malik bir işçinin məhdud iş yükü ilə gördüyü iş cavan kadrların ortaya qoyduğu göstəricilərdən daha yüksək nəticə verə bilər. Pensiya siyasətində ailə vəziyyəti də nəzərə alınmalıdır. Uşağa, yaşlıya və ya xəstəyə qulluq edən şəxslərin üzərinə mühüm sosial yük düşür. Buna görə də belə hallarda əlavə güzəştlərin tətbiqi məqsədəuyğun olar. Yəni daha çevik və insan yönümlü pensiya sistemi həm vətəndaşların rifahına, həm pensiya fondunun dayanıqlılığına, həm də iqtisadiyyatın inkişafına müsbət təsir göstərə bilər. Çünki yaşlı insanların enerjisi və təcrübəsi tam itmir, sadəcə əvvəlki dövrlə müqayisədə azalır. Bu səbəbdən onların əmək bazarında 8 saat deyil, 4 saat iş yükü ilə fəaliyyətini davam etdirməsi həm özləri, həm də cəmiyyət üçün faydalı ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7454   Tarix: 20 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr