Bu ailələrə pensiyaya çıxarkən GÜZƏŞT EDİLƏ BİLƏR
Azərbaycanda pensiya təyin edilərkən və ya onun məbləği hesablanarkən vətəndaşların himayəsində olan uşaqların sayının nəzərə alınıb-alınmaması tez-tez müzakirə olunan məsələlərdən biridir. Xüsusilə çoxuşaqlı ailələr üçün əlavə üstünlüklərin olub-olmaması maraq doğurur.
Bəs mövcud qanunvericilik bu barədə nə deyir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Azərbaycanda yaşa görə əmək pensiyasının təyin olunması və məbləğinin hesablanması əsasən vətəndaşın əmək stajı, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı və digər sosial sığorta göstəricilərinə əsaslanır.
"Hazırkı qanunvericiliyə əsasən, vətəndaşın himayəsində olan uşaqların sayı pensiyanın hesablanmasında əsas meyar hesab edilmir. Pensiya sistemi daha çox şəxsin əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları və topladığı pensiya kapitalı üzərində qurulub.
Uşaqların sayı pensiya məbləğinin hesablanmasına birbaşa təsir göstərməsə də, bəzi hallarda çoxuşaqlı ailələrə dövlət tərəfindən sosial təminat və müxtəlif güzəştlər tətbiq edilir. Xüsusilə beş və daha çox uşaq dünyaya gətirib tərbiyə etmiş analar üçün müxtəlif dövrlərdə xüsusi sosial təminat mexanizmləri nəzərdə tutulub. Bu yanaşma pensiya sistemindən daha çox sosial müdafiə siyasətinin bir hissəsi kimi qiymətləndirilir".
Asif İbrahimov beynəlxalq təcrübəyə də diqqət çəkərək bildirib ki, bir sıra Avropa ölkələrində demoqrafik siyasətin təşviqi məqsədilə uşaqlı ailələrə pensiya sistemində əlavə üstünlüklər verilir:
"Bu ölkələrdə valideynlik fəaliyyəti gələcək nəsillərin formalaşdırılması baxımından sosial töhfə kimi dəyərləndirilir. Məntiq ondan ibarətdir ki, bugünkü uşaqlar gələcəkdə əmək bazarının iştirakçıları və sosial sığorta sisteminin maliyyə bazasını formalaşdıran şəxslər olacaqlar".
Mütəxəssis vurğulayıb ki, Azərbaycanda hazırda tətbiq olunan model sığorta prinsipi əsasında fəaliyyət göstərir və pensiyanın məbləği əsasən vətəndaşın ödədiyi sosial sığorta haqlarından asılıdır:
"Bu model sosial ədalət və maliyyə dayanıqlılığı baxımından özünü doğruldur. Lakin əhalinin yaşlanması, doğum səviyyəsinin azalması kimi qlobal tendensiyalar fonunda gələcəkdə pensiya siyasəti ilə demoqrafik siyasət arasında əlaqələrin gücləndirilməsi məsələsi daha geniş müzakirə oluna bilər".
Ekspertin fikrincə, pensiya sisteminin davamlılığı təkcə yığılan vəsaitlərdən deyil, həm də gələcəkdə işləyərək sosial sığorta ödəyəcək əhalinin sayından asılı olduğuna görə, ailə institutunun və çoxuşaqlı ailələrin dəstəklənməsi gələcək sosial siyasətin mühüm istiqamətlərindən birinə çevriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1041 Tarix: 21 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy
31 oktyabrAzərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabr10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30 oktyabrHər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə
1 noyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabr