PENSİYA YAŞINDA DƏYİŞİKLİK... - "Bu, yüksək məbləğdə pensiyaya imkan yarada bilər"

PENSİYA YAŞINDA DƏYİŞİKLİK... - "Bu, yüksək məbləğdə pensiyaya imkan yarada bilər"İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı növbəti dəfə artırılacaq. Bununla da qadınlar üçün müəyyən edilmiş yaş həddi 64 il 6 aydan 65 yaşa çatdırılacaq və ilk dəfə olaraq qadınlarla kişilərin pensiya yaşı bərabərləşəcək.

Dəyişiklik "Əmək pensiyaları haqqında" Qanuna əsasən həyata keçirilir. Qanuna görə, azı 25 il sığorta stajına malik qadınların pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılır. Bu proses mərhələli şəkildə həyata keçirilib və 2026-cı il iyulun 1-də yekunlaşacaq. Beləliklə, 2024-cü ilin iyulunda qadınların pensiya yaşı 64-ə, 2025-ci ilin iyulunda 64 il 6 aya çatdırılmışdı. Kişilər üçün pensiya yaşı isə əvvəlki kimi 65 yaş olaraq qalır.

Qeyd edək ki, qadınların pensiya yaşının artırılması son illərdə cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Mövzu ilə bağlı diqqət çəkən məqamlardan biri orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərqdir.

Rəsmi statistikaya əsasən, Azərbaycanda qadınların orta ömür uzunluğu 78,4 ildir. Bu göstərici nəzərə alındıqda, qadınlar orta hesabla təxminən 13,6 il pensiya almaq imkanına malik olurlar. Bəzi ekspertlər hesab edir ki, bu müddət bir sıra Avropa ölkələri ilə müqayisədə daha qısadır və pensiya siyasəti müəyyən edilərkən bu amil də nəzərə alınmalıdır.

Hökumət isə pensiya yaşının artırılmasını demoqrafik dəyişikliklər, əhalinin yaşlanması və pensiya sisteminin maliyyə dayanıqlığının qorunması zərurəti ilə əsaslandırır. Qeyd olunur ki, orta ömür uzunluğunun artması və əmək bazarındakı dəyişikliklər pensiya sistemində bu cür islahatları qaçılmaz edir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "AzPolitika"ya açıqlamasında bildirib ki, ölkədə 2017-ci ildə edilən dəyişikliklə kişilər və qadınlar üçün pensiya yaşının mərhələli şəkildə eyniləşdirilməsi və 65 yaşa çatdırılması qərara alınıb.

Ekspert qeyd edib ki, pensiya yaşının artırılması əsasən dövlət büdcəsinə düşən yükün optimallaşdırılması məqsədi daşıyır :"Son illərdə insanların orta ömür müddətinin artması fonunda pensiya xərclərinin yeni demoqrafik reallıqlara uyğunlaşdırılmasına cəhd edilir. İnkişaf etmiş və Qərb ölkələrinin əksəriyyətində də pensiya yaşı 65-dir. Lakin burada əsas fərq gözlənilən ömür uzunluğunda ortaya çıxır. Belə ki, həmin ölkələrdə pensiya yaşı 65 olsa da, əhalinin gözlənilən ömür müddəti adətən 81-82 yaşdan və ya daha yüksək göstəricilərdən ibarətdir".

İqtisadçının sözlərinə görə, Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür müddəti 78,4, kişilər üçün 73,6 yaşdır, ümumi orta göstərici isə təxminən 76 yaş təşkil edir:"Pensiya yaşı eyni olsa da, gözlənilən ömür müddəti arasındakı fərq pensiyaya çıxan insanların daha qısa müddət pensiya almasına gətirib çıxarır. Pensiya yaşının artırılması gələcəyə hesablanmış addımdır. Statistik göstəricilər insanların həyat keyfiyyətinin yaxşılaşdığını, səhiyyə və sosial təminat imkanlarının genişləndiyini, bunun da orta ömür müddətinin yüksəlməsinə səbəb olduğunu göstərir".

Bununla yanaşı, ekspert pensiya hesablamaları metodikasına yenidən baxılmasının vacibliyini də vurğulayıb:"Hazırkı qanunvericilikdə pensiya məbləği hesablanarkən gözlənilən orta pensiyaalma müddəti təxminən 11 il götürülür. Bu da orta gözlənilən ömür müddətinin 76, pensiyaya çıxma yaşının isə 65 olması ilə əlaqədardır. Əgər pensiya hesablamaları zamanı istifadə olunan metodika dəyişdirilərsə və daha qısa müddət əsas götürülərsə, bu, vətəndaşların daha yüksək məbləğdə pensiya almasına imkan yarada bilər. Bu məsələ gələcəkdə pensiya sisteminin təkmilləşdirilməsi baxımından müzakirə edilə biləcək istiqamətlərdən biridir".

Bəzi ölkələrdə qadınların pensiya yaşı və orta ömür uzunluğu aşağıdakı kimidir:

Ölkə Pensiya yaşı Orta ömür uzunluğu
Azərbaycan 64,6 yaş 78,4 il
Türkiyə 58 yaş 81,4 il
Ermənistan 63 yaş 78,6 il
Rusiya 60 yaş 76,2 il
Gürcüstan 60 yaş 77,3 il
İran 55 yaş 77,3 il
Fransa 64 yaş 85,3 il
Almaniya 66 yaş 83,5 il
İtaliya 67 yaş 85,4 il
İspaniya 66 yaş 6 ay 86,1 il
Böyük Britaniya 66 yaş 83,1 il
İsveç 65 yaş 84,7 il


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5996   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Azərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr
.

Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI

Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə

1 noyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31 oktyabr
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

1 noyabr