Qətərdə zavodda partlayış: 18 nəfər itkin düşüb, xeyli yaralı var
Qətərin Doha şəhərindən şimal-şərqdə yerləşən Ras-Laffan sənaye zonasındakı qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 54 nəfər yaralanıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ərəb ölkəsinin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"Ras-Laffan sənaye zonasındakı zavodların birində qeydə alınan qəza nəticəsində xəsarət alanların ümumi sayı 54 nəfərə çatıb. Eyni zamanda, axtarış-xilasetmə qüvvələri itkin düşmüş şəxslərin axtarışı üzrə əməliyyatlar həyata keçirir", - deyə DİN-dən bildirilib.
Daha əvvəl mediada yerli sakinlərin dünən axşam saatlarında Dohanın bir neçə rayonunda zəlzələni xatırladan qəribə təkanlar hiss etdikləri barədə məlumatlar yayılmışdı.
Bildirilirdi ki, binaların qapı və pəncərələri titrəyib. Daha sonra Qətər DİN Ras-Laffan sənaye bölgəsində lokal partlayışın baş verdiyini açıqlayıb.
"Reuters" agentliyi isə özəl mənbələrinə istinadən xəbər verib ki, hadisə istismar xətası səbəbindən "Barzan" qaz emalı zavodunda qeydə alınıb
00:30
Qətərin paytaxtı Dohanın şimal-şərqində yerləşən Ras Laffan sənaye zonasındakı zavodlardan birində partlayış baş verib. Həmin ərazidə ölkənin mayeləşdirilmiş təbii qaz istehsalı üzrə əsas müəssisələri yerləşir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə əmirliyin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mülki müdafiə qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparır. Daha sonra Qətər Daxili İşlər Nazirliyi açıqlayıb ki, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.
"Əvvəlki məlumatı tamamlayaraq bildiririk ki, hadisə Ras Laffan sənaye zonasındakı zavodlardan birində iş prosesi zamanı baş vermiş texniki nasazlıq nəticəsində meydana gəlib. Nəticədə bir neçə nəfər xəsarət alıb. Bununla yanaşı, insanların təhlükəsizliyinə təhdid yarada biləcək qaz və ya digər maddələrin sızması qeydə alınmayıb", - deyə açıqlamada bildirilir.
Bundan əvvəl "Reuters" agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Ras Laffan sənaye zonasında yerləşən "Barzan" qaz emalı zavodundakı partlayış istismar zamanı yol verilmiş texniki səhv nəticəsində baş verib.
Daha əvvəl isə TASS agentliyi Dohanın bir neçə rayonunun sakinlərinin zəlzələni xatırladan qəribə təkanlar hiss etdiklərini bildirmişdi. Məlumata görə, binalarda pəncərə və qapılar silkələnib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 336 Tarix: 22 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy
31 oktyabrAzərbaycan pambıq ipliyi istehsalını 23 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 18 min 816 ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 3 min 941 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31 oktyabr10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur
30 oktyabrHər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə
1 noyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrGözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31 oktyabr