Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb
Qaradağ rayonu ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 108 inventar nömrəli karvansaraya qanunsuz müdaxilə edilib.
Sonxeber.az xəbər verir ki, bu bərədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat verib.
Qeyd olunub ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra xidmətin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.
"Araşdırma zamanı müəyyən edilib ki, abidənin üzərindəki tarixi yazıların və tamğaların (damğa və ya möhür - red.) səthini qum-sement məhlulu ilə örtərək abidəyə ziyan vurulub.
Xidmət tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində müdaxilənin izləri aradan qaldırılıb, tarixi elementlərin üzərini örtən material təmizlənərək abidənin ilkin vəziyyətinin bərpası təmin edilib.
Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb - FOTO
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən, mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə hadisəni törətmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülür.
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin korlanması və ya məhv edilməsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb - FOTO
Qədim karvan yolları üzərində yerləşən Qaradağ rayonu ərazisində bir neçə karvansara mövcuddur. Onlardan biri də Səngəçal karvansarası kimi tanınan sözügedən tarixi tikilidir. XV əsrdə inşa edilən abidə tarixən karvan yollarından istifadə edən tacirlərin və səyyahların dayanacaq məkanı kimi fəaliyyət göstərib. Son dövrlərə qədər isə iaşə obyekti kimi istifadə olunub.
Xidmət tarix və mədəniyyət abidələrinin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının vacibliyini bir daha xatırladır və vətəndaşları, eləcə də müxtəlif fəaliyyət sahələrinin nümayəndələrini mədəni irs nümunələrinə həssas yanaşmağa, onların qorunması işində məsuliyyətli mövqe nümayiş etdirməyə çağırır", - deyə məlumatda bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu ərazi üzrə PENSİYALAR VERİLDİ
Dağdan sarımsaq dərdilər, 3 milyonluq cərimə edildilər
Rekord temperatur kabusu: sentyabr ayında 45,7 dərəcə isti
Bu şəxslər pensiya ala bilməyəcəklər - Nazirlikdən xəbərdarlıq
Yolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Bu şəxslərin kredit müraciətlərinə İMTİNA EDİLƏCƏK - AÇIQLAMA
Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
Xəzərlə bağlı xəbərdarlıq: "Sahildən 12 kilometrədək uzaqlaşa bilər"
Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandı
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
"Gənclik Mall"da həyəcan siqnalı - Yenilənib
Generala ağır itki
Zərdabda DƏHŞƏTLİ QƏZADA beş nəfər həlak oldu, bir yaralı Bakıya gətirildi - FOTO
"Şəki yaylası"nda faciə - 2 nəfər öldü
Leyla Əhmədova həbs olundu