İran ilə ABŞ arasında növbəti görüş olacaq - ANONS EDİLDİ
Hörmüz boğazı beynəlxalq dəniz nəqliyyatı və ticarət gəmilərinin hərəkəti üçün tam açıqdır.
Oxu.Az xəbər verir ki, bu barədə İslam Respublikasının Cenevrədə yerləşən BMT ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib.
"Təbii ki, Hörmüz boğazı kommersiya məqsədləri üçün tamamilə açıqdır və gəmilərin keçidi heç bir rüsum alınmadan həyata keçirilir", - deyə, o, Cenevrədə keçirilən brifinqdə verilən sualı cavablandırarkən qeyd edib.
Ə.Bəhreyni həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi hədə-qorxular İsveçrənin Bürgenstok şəhərindəki danışıqlar prosesini ciddi risk altına atıb.
"ABŞ rəhbərinin bəyanatları Bürgenstokdakı müzakirələr zamanı bəzi çətinliklər yaratdı. Bu cür çıxışlar prosesi çox ciddi təhlükə ilə üz-üzə qoydu. Birləşmiş Ştatlar İranla müzakirələr aparmağa və yaranmış problemləri həll etməyə hazır olduğunu nümayiş etdirdikcə, İran da dialoqda iştirakını və danışıqları davam etdirəcək. Hərbi müdaxilə ehtimalları mümkün fəaliyyət variantları siyahısından həmişəlik çıxarılmalıdır. Hesab edirəm ki, artıq hər kəsə aydın olmalıdır: İrana qarşı hərbi addımlar heç bir nəticə verməyəcək", - deyə danışıqların gedişatını şərh edən diplomat bildirib.
Eyni zamanda, İran rəhbərliyi ABŞ-İran anlaşma memorandumunun icrası çərçivəsində İsraildən Livana yönəlik hücumları dayandırmağı və hərbi qüvvələrini Livan torpaqlarından çıxarmağı tələb edib.
"İlk növbədə, Livan məsələsinə gəldikdə, biz anlaşma memorandumunun bütün iştirakçılarına birmənalı şəkildə bildirdik ki, Livan xalqına qarşı aparılan müharibəyə son qoyulmalıdır. Buna görə də Livana qarşı heç bir hücum olmamalı və İsrail qoşunları Livan ərazisini tərk etməlidirlər", - deyə İslam Respublikasının Cenevrədəki BMT ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni məlumat verib.
İran ilə ABŞ arasında növbəti görüşün keçirilməsi ilə bağlı da sualı cavablandıran diplomat onu da qeyd edib ki, Vaşinqton ilə yeni yüksək səviyyəli görüşlər olacaq, lakin vaxt hələ müəyyən edilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 383 Tarix: 23 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
30 oktyabrQuru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
1 noyabrMaaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr
31 oktyabrKəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub
31 oktyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabrNatiq Fərzəliyev əməliyyat olundu
Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə
31 oktyabrUsta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. Hazırd
31 oktyabrAzərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
31 oktyabr