Əziz Ələkbərov: "Qərbi Azərbaycan qaçqınlarının ata-baba yurdlarına qayıtması məsələsinə aydınlıq gətirilməlidir"

Əziz Ələkbərov: "Qərbi Azərbaycan qaçqınlarının ata-baba yurdlarına qayıtması məsələsinə aydınlıq gətirilməlidir"O bildirib ki, bu onların təkcə insanlıq haqqı deyil, eyni zamanda beynəlxalq hüquqa söykənən hüququdur:

"Çox təəssüf ki, Ermənistan rəhbərliyi sülh danışıqları getsə də, bu istiqamətdə xeyli uğurlara imza atılsa da, Qərbi Azərbaycan qaçqınlarının öz doğma evlərinə qayıtmasına hələ də mane olur.

Bizim istər beynəlxalq təşkilatlara, istər Ermənistan rəhbərliyinə etdiyimiz müraciətlər indiyədək cavabsız qalmaqdadır. Amma Ermənistan rəhbərliyi birdəfəlik bilməlidir ki, regionda formalaşmış - dövlətimiz və Azərbaycan Prezidenti tərəfindən yaradılmış bu reallıqlarla hesablaşmağa məcburdur. Çünki sülhün əsas təminatı birgəyaşayışdır.

Ermənistan və Azərbaycan xalqları əgər bu birgəyaşayışa qoşulmayacaqlarsa, insanlar öz ata-baba yurdlarına qayıtmayacaqsa, təbii ki, bu sülhün də davamlı olacağını düşünmək bir az absurd olardı. Ona görə də biz Qərbi Azərbaycan İcması olaraq sülhün, bölgəyə əmin-amanlığın gəlməsinin tərəfdarıyıq və Azərbaycanla Ermənistan arasında gedən bu sülh danışıqlarını alqışlayırıq. Amma rəsmi İrəvan bu insanların öz doğma evlərinə qayıdışını da qəbul etməli, buna razılaşmalıdır.

Bizim Qayıdış Konsepsiyamızda prosesin bütün detalları öz əksini tapıb. Həmin detallara tam uyğun şəkildə, yəni dinc yolla, ləyaqətli şəkildə, ora qayıdan insanların təhlükəsizliyini təmin və bütün hüquqlarını bərpa etmək şərti ilə bu insanların öz doğma evlərinə qayıdışı təmin olunmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 339   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr