Tanışına balta və dəryazla xəsarət yetirən 10 uşaq atasına hökm oxundu

Tanışına balta və dəryazla xəsarət yetirən 10 uşaq atasına hökm oxunduQəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Möhtəmən Səmədovun (soyadı şərtidir - red.) barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Sonxeber.az Pravda.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, təqsirləndirilən şəxsə şərti cəza verilib.

İttihama görə, hadisə 2025-ci ildə saat 22 radələrində M.Səmədovun fəhlə kimi işlədiyi Bakı şəhərinin Xəzər rayonunun Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən fərdi evlərdən birinin həyətində baş verib.

Belə ki, Möhtəmən Səmədovun tanışı Elçin Qurbanov alkoqol sərxoşluğu vəziyyətində onun icazəsi olmadan həyətə daxil olub. O, həmin vaxt təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədib, sonra isə ona hücuma cəhd edib.

Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Möhtəmən əvvəlcə əlində olan baltanın arxa, küt hissəsi ilə Elçinin baş nahiyəsinə bir dəfə zərbə endirib. Bundan sonra o, həyətdə olan dəryazı götürərək onun küt tərəfi ilə zərərçəkmiş şəxsin sol qabırğa nahiyəsinə zərbə vurub.

Nəticədə Elçin Qurbanova sol tərəfli hemopnevmotoraksla müşayiət olunan, qabırğaların qəlpəli və yerdəyişən sınıqları kimi qiymətləndirilən ağır xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilib.

Məhkəmə iclasında Möhtəmən Səmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, zərərçəkmişi 3-4 il əvvəl tanıyıb və onun dəmir yığmaqla məşğul olduğunu bilib. Aralarında əvvəllər hər hansı münaqişə baş verməyib və münasibətləri normal olub.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün Türkan qəsəbəsində Siyavuş adlı şəxsə məxsus evdə usta kimi işləyib. Axşam saatlarında işini bitirərkən Elçin sərxoş vəziyyətdə və yanında tanımadığı bir şəxslə birlikdə həyətə daxil olub. Zərərçəkmiş şəxsə həyətə daxil olmamasını və nə sözü varsa, çöldə danışmasını deyib. Lakin Elçin bundan əsəbiləşərək onun üzərinə hücum etmək istəyib.

M.Səmədov qeyd edib ki, əvvəlcə onu əli ilə itələyib və zərərçəkmiş şəxs yerə yıxılıb. Sonra ona yuxarıda qeyd edilən zərbələri vurub. Bundan sonra Elçin hadisə yerini tərk edərək avtomobilinə minib gedib.

Təqsirləndirilən şəxs məhkəmədə həm özünün, həm də qohumlarının hadisədən sonra zərərçəkmiş şəxslə maraqlandıqlarını, onun müalicəsinə maddi yardım göstərdiklərini söyləyib.

M.Səmədov hazırda E.Qurbanovla barışdıqlarını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını da qeyd edib.

Təqsirləndirilən şəxs həmçinin ailə vəziyyəti barədə məlumat verərək rəsmi nikahda olduğu həyat yoldaşı ilə yanaşı, digər bir qadınla da qeyri-rəsmi nikah münasibətlərində yaşadığını, ümumilikdə 10 övladının olduğunu, həmin uşaqlardan birinin azyaşlı olduğunu bildirib.

Sonda o, zərərçəkmiş şəxsə qarşı törətdiyi əmələ görə peşman olduğunu və baş verən hadisədən dərin təəssüf hissi keçirdiyini məhkəmənin diqqətinə çatdırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 411   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31 oktyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin olunub

31 oktyabr
.

Şirvan Milli Parkında ceyranların sayı 7 mini ötüb

Şirvan Milli Parkında ceyranların sayı artaraq 7 048 başa çatıb. Bu barədə "Report"un Aran bürosuna Şirvan Milli Parkından məlumat verilib. Bildirilib ki, 2003-cü ildə Şirvan Milli Parkının yaradılması ceyranların qorunması, sayının artırılması və tarixi yaşayış areallarının bərpası istiqamətind

31 oktyabr
.

Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin

31 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. Bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərinə görə, artımın məbləği müəyyənləşdirilərkən inflyasiya göstəriciləri ilə yanaşı, gələn il üzr

31 oktyabr
.

Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək

Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması üzrə tender elan edib. Tenderdə iştirak haqqı 1 00 manat təşkil edir. Tenderin ehtimal olunan qiyməti 3,386 milyon manat təşkil edir. Tenderd

31 oktyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr