Ötən ildən qalan dondurmaların istehlakı hansı təhlükələrə səbəb ola bilər? - AÇIQLAMA

Ötən ildən qalan dondurmaların istehlakı hansı təhlükələrə səbəb ola bilər? - AÇIQLAMAYay mövsümündə dondurma istehlakı artsa da, bəzi satış məntəqələrində ötən ildən qalan məhsulların yenidən satışa çıxarılması ilə bağlı narahatlıqlar gündəmə gəlir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, saxlanma qaydalarına əməl olunmayan və ya dəfələrlə donu açılıb-bağlanan dondurmalar insan sağlamlığı üçün ciddi risk yarada bilər.

Bəs ötən ildən qalan dondurmaların istehlakı hansı təhlükələrə səbəb ola bilər?

Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev Sonxeber.az -a açıqlama verib:

"Yay mövsümü ilə əlaqədar dondurmaya tələnat artıb. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və sağlamlığa zərərini müəyyən etmək üçün fiziki-orqanoleptiki görünüşə, etiket məlumatlarına, soyuq zəncirin qorunub-qorunmadığına diqqət yetirməliyik. Dondurmanın formasının pozulması, üzərində buz kristallarının olması və 100% təbii, bio məhsulun yararsız, riskli olduğunun ilkin göstəriciləridir. Unutmayaq ki, dondurma süd əsaslı mürəkkəb bir emulsiya olduğu üçün mikrobioloji və kimyəvi risklərə çox həssasdır. Ötən ildən qalan və ya düzgün saxlanmayan dondurmalarda risklər var. Dondurma istehsal və daşınma zamanı düzgün temperature riayət olunmadıqda dondurulmuş mühitdə belə sağ qalan listeria monocytogenes, həmçinin salmonella və e. coli kimi patogenlər sürətlə çoxalır. Bu hal ciddi qida zəhərlənmələrinə səbəb olur. Dondurma əridikdə və yenidən dondurulduqda tekstur, bircinslilik pozulur. Süd şəkəri və su ayrılaraq irihəcmli, sərt buz kristalları əmələ gətirir. Bu məhsulun həm real strukturunu korlayır, həm də soyuq zəncirin qırıldığını göstərir. Uzun müddət qalan dondurmalarda süd yağlarının korlanması baş verir. Bu zaman məhsulda dad və aromat dəyişir, toksiki peroksidlər və sərbəst radikallar yaranır.
Dondurma alarkən qablaşdırmanın ön tərəfindəki dietik, fit, şəkərsiz, uşaqlar üçün təbii yazıları çox vaxt istehlakçını aldatmağa yönəlir. Reallığı öyrənmək üçün arxa tərəfdəki etiket oxumalıyıq. Şəkərsiz yazılan dondurmaların tərkibində yüksək qlisemik indeksli fruktoza siropu, maltodekstrin, ya qarğıdalı siropu gizlənə bilər. Əsl dondurma süd yağından hazırlanmalıdır. Əgər tərkibində hidrogenləşdirilmiş bitki yağı yazılıbsa, bu trans yağ riskini artırır və məhsulun keyfiyyətini aşağı salır. Süni dadlandırıcılar və həddindən artıq kimyəvi rəngləndiricilər olan məhsulları almamalıyıq.
Qablaşdırması sıxılmış, əyilmiş, forması deformasiyaya uğramış dondurmaları qətiyyən almamalıyıq. Bu, dondurmanın əridiyini və yenidən dondurulduğunu göstərir. Paketin üzərində ağ rəngli qırov, ya içərisində irihəcmli buz dənəcikləri hiss edilirsə, soyuq zəncir pozulub. İstehsal tarixi və son istifadə tarixi mütləq oxunmalıdır.

Dondurma xüsusilə həssas əhali qrupları üçün yüksək risk daşıya bilər. Kazein, alfa-laktalbumin allergenləri və laktoza həssaslığı olan şəxslər etiketə diqqət yetirməlidir. Çərəzli, qozlu-fındıqlı və ya qlütenli dondurmalar anafilaktik şok riski olan allergen qrupuna daxildir. Çarpaz çirklənmə ehtimalına qarşı bu allergenləri daşıyan daxili xəbərdarlıqlar yoxlanılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 617   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr