Şəxsi məlumatların saxlanılması və silinməsi zamanı hansı məqamlara diqqət yetirilməlidir? - AÇIQLAMA
Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi dövrdə şəxsi məlumatların qorunması məsələsi daha da актуallaşıb. Sosial şəbəkələrdə, mobil tətbiqlərdə və müxtəlif onlayn platformalarda paylaşdığımız məlumatlar həm təhlükəsizliyimiz, həm də məxfiliyimiz baxımından mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislər bildirirlər ki, şəxsi məlumatların düzgün saxlanılmaması və ya nəzarətsiz şəkildə silinməsi müxtəlif risklərə, o cümlədən məlumat itkisinə, kiberdələduzluğa və hüquqi problemlərə səbəb ola bilər.
Bəs şəxsi məlumatların saxlanılması və silinməsi zamanı hansı məqamlara diqqət yetirilməlidir?
Mövzu ilə bağlı İKT ekspert Elvin Həsənov Sonxeber.az -a açıqlama verib:
"İnternetdə şəxsi məlumatların silinməsi ilə bağlı ən böyük miflərdən biri delete düyməsinə basdıqdan sonra məlumatın tamamilə yox olmasıdır. Əslində internet belə işləmir. Bir məlumat internetə düşdükdən sonra 0 təkcə sizin profilinizdə yox müxtəlif serverlərdə, ehtiyat nüsxələrdə, axtarış sistemlərində və bəzən digər istifadəçilərin cihazlarında da qala bilir. Bu gün insanların çoxu sosial şəbəkədə paylaşdığı şəkli və ya yazını sildikdə məsələnin bitdiyini düşünür. Halbuki həmin məlumat artıq başqa şəxslər tərəfindən paylaşılmış, kopyalanmış və ya arxivləşdirilmiş ola bilər. Bəzi hallarda məlumatın özü silinsə də, onunla bağlı müəyyən texniki qeydlər və ya metadata sistemlərdə qalmağa davam edir. Təbii ki, insanlar internetdə iz qoyduqlarını çox vaxt hiss etmirlər. Hər dəfə tətbiqə daxil olmaq, hansısa saytı ziyarət etmək, qeydiyyatdan keçmək, şəkil paylaşmaq və ya hətta bir məhsula baxmaq belə müəyyən rəqəmsal iz yaradır. Bu məlumatların bir hissəsi istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün toplansa da, zamanla böyük məlumat bazalarına çevrilə bilir. Yəni lori dildə desək biz otaqda söz danışırıq və sonra o sözü geri almaq istəyirik ki sanki belə söz deməmişik. 1-2 nəfər arasında olan sözü geri ala bilərik, amma minlərlə insanın eşitdiyi sözü sonradan hamının yaddaşından silmək mümkün deyil. Bu səbəbdən mən həmişə insanlara tövsiyə edirəm ki, məlumat paylaşmazdan əvvəl onu silməyin nə qədər çətin olacağını düşünsünlər. Xüsusilə şəxsiyyət vəsiqəsi məlumatları, biometrik məlumatlar, şəxsi sənədlər, ailə şəkilləri və maliyyə məlumatları internetdə paylaşılarkən daha diqqətli olmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 682 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
1 noyabrNazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi
31 oktyabrMəryəm Üzərli Azərbaycana gələcək
"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək
31 oktyabrSahil Babayevə yeni müavin təyin edildi - Foto
Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy
30 oktyabrNoyabrın ilk gününə olan hava proqnozu
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman
31 oktyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabr"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey
30 oktyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabr