Atasını öldürməkdə təqsirləndirilən oğulun məhkəməsində şahidlər nə deyiblər?

Atasını öldürməkdə təqsirləndirilən oğulun məhkəməsində şahidlər nə deyiblər?Bacısını və anasını döydüyü üçün atasını yeddi bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin məhkəməsi davam etdirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.

Şahid Sevinc Vəlizadə bildirib ki, hadisə həyat yoldaşı İftixar Vəlizadə şagird olan qızını məktəbə aparıb qayıdandan sonra baş verib:

"İftixar gedəndə dedi ki, "dayanın siz, qayıdanda ikinizlə - səninlə də, böyük qızınla ciddi söhbətim olacaq". Qayıdıb gələndə çox qəzəbli idi. Məndən çay istədi, sonra qızımı çağırmağımı istədi. Çağırsam da qızım ondan qorxub yaxına gəlmədi, gedib otağında gizləndi. İftixar qəzəblənib otağın qapısını çırparaq içəri girdi. Vazanı qızımın başına atanda, uşaq zərbədən yayındı. Ona mane olmaq istəyəndə, məni itələyib taxta ilə qızın başından, çiyin və belindən vurmağa başladı. Taxtanı ondan aldım. Bundan sonra mətbəxdən götürdüyü bıçağı qızın kürəyinə vurmaq istəyəndə, tez bıçaqdan yapışdım. Bıçaq əlimi kəsdi, qan barmaqlarımdan süzülməyə başladı. Oğlum məni belə görəndə elə bildi ki, İftixar məni bıçaqlayıb. Bu anda İftixar bir əli ilə qızımın saçından tutaraq dartırdı. Ayxan onun bıçaq tutan əlindən yapışdı. Yaxalaşmada necə oldu bilmədim, bir də gördüm İftixar bıçaqlanıb, onu qan aparır. Bu halda güclə həyətə çıxdı. Ayxan kömək etmək üçün ardınca gedəndə onu yerdə qan içində yıxılmış vəziyyətdə gördü. Oğlum elə oradaca "102" və "103" xidmətlərinə zəng elədi. Yoldaşım qızımı oğlan qrup yoldaşları ilə söhbət edən görmüşdü, ona görə də qızım onun gözündə pis övlad idi. İftixar zərərli maddələr qəbul edirdi. Ata-anasına qarşı da çox sərt və qəddar idi".

Məhkəmədə şahid qismində Ayxan Vəlizadənin bacısı ifadə verib:

"Qrup yoldaşlarımla metroya doğru gedirdim. Taksi xidmətində olan atam təsadüfən orada olarkən mənim oğlan qrup yoldaşlarımla söhbətimi yanlış anladı. Əsəbi halda mənə əmr elədi ki, tez maşına əyləşim. Yol boyu durmadan pis sözlərlə məni təhqir edirdi. Gəldik evə. Atam anama "Bu da sənin tərbiyə etdiyin qız, onu oğlanlarla söhbət edəndə gördüm. İndi gedirəm, qayıdıb ikinizin də canını alacam"...

Ayxan elə bildi ki, atam anamı bıçaqlayıb. Müdaxilə etmək istəyəndə bu bədbəxt hadisə baş verdi. Qardaşımın atamı öldürmək niyyəti yox idi, o, sadədə bizi müdafiə etmək istəmişdi. Atamın pis vərdişləri var idi. O, narkotik vasitələrdən istifadə edirdi, eyni zamanda içki içirdi".

Məhkəmənin növbəti iclası avqustun 12-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrın 11-də Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.

Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 753   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr