"Bu gün Azərbaycan ordusu maddi-texniki təchizatı və döyüş qabiliyyəti baxımından dünyanın ən güclü orduları sırasındadır" - DEPUTAT

"Bu gün Azərbaycan ordusu maddi-texniki təchizatı və döyüş qabiliyyəti baxımından dünyanın ən güclü orduları sırasındadır" - DEPUTATAzərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108 ili tamam olur. Silahlı Qüvvələrimizin əsası 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə yaradılmış Əlahiddə Azərbaycan Korpusu ilə qoyulub. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını erməni-bolşevik qüvvələrindən azad etdi.Bakının azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Milli Ordu quruculuğu 1991-ci ildə müstəqilliyini yenidən qazanan Azərbaycan Respublikasında tarixi varislik prinsipi əsasında yeni mərhələyə qədəm qoydu.

Azərbaycan ordusu həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti baxımından dünyanın ən güclü orduları sırasnda layiqli yer tutur. Azərbaycan Silahlı Qüvvələri bunu 2020-ci ildə Vətən müharibəsində döyüş meydanında sübut edə bildi.Ordumuz öz üzərinə düşən çox ağır olduğu qədər də çox şərəfli tarixi bir vəzifəni layiqincə yerinə yetirdi və 30 il işğal altında qalan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi.2023-cü il sentyabrın 19-20-də keçirilən sürətli və çox uğurlu antiterror əməliyyatı ilə bütün ərazilərimizdə süverenliyimiz təmin olundu.Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 8-də İkinci Qarabağ müharibəsi zamanı strateji əhəmiyyətli Şuşa şəhərini işğaldan azad etməsi, bu müharibənin taleyində həlledici rol oynamaqla yanaşı,həm də Xüsusi Təyinatlı Qüvvələrimizin sıldırım qayalara dırmaşaraq yüngül silahlarla apardığı unikal dağ əməliyyatı Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.Yalnız dron və Pilotsuz Uçuş Aparatları üstünlüyü ilə deyil, həm də canlı qüvvənin misilsiz cəsarəti və qeyri-standart hərbi düşüncəsi ilə əldə edilmiş bu şanlı qələbənin şərəfinə noyabrın 8-i Azərbaycanda ZƏFƏR GÜNÜ kimi qeyd olunur.Şuşa əməliyyatı xüsusi təyinatlı qüvvələrin peşəkarlığına əsaslanaraq təbii dağ istehkamının ələ keçirildiyi unikal hərb tarixidir.O, dünyada quru qoşunlarının ağır texnikadan istifadə etmədən, şəhərin infrastrukturunu dağıtmadan qalib gəldiyi yeni strategiya kimi tarixə düşüb. Şuşaya tanklar və ya ağır artilleriya ilə daxil olmaq əvəzinə, əsgərlərin meşə və sıldırım qayalarla əlbəyaxa döyüş taktikası seçildi.Bu, dünya hərb tarixində mühüm presedent yaratdı.Əməliyyatda iştirak edən xüsusi təyinatlıların yüksək fiziki hazırlığı, qrup və ya kiçik dəstələr halında manevr etmə bacarığı müasir hərbi dərsliklərdə xüsusi tədqiqat obyektinə çevrilmişdir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri vətənin keşiyində duran,dövlətimizin dayağı olan qüdrətli ordu səviyyəsinə çatdırılıb. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü və müasir hərbi potensialına malik ordularından biridir.Ordumuz ən yeni texnologiyalar, yüksək dəqiqlikli silahlar, müasir hava hücumundan müdafiə sistemləri və Pilotsuz Uçuş Aparatları (PUA) ilə təmin edilib.Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti yüksək peşəkarlıq nümunələrindən biri kimi ən yüksək standartlara uyğunlaşdırılıb.Ordumuzun əsas missiyası dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, hərbi təhdidlərin qarşısını almaq, sərhədləri qorumaq və dövlət maraqlarını müdafiə etməkdir.

Bu gün üçrəngli bayrağımızın Azərbaycanın bütün ərazisində əzəmətlə dalğalanmamasını təmin edən Silahlı Qüvvələrimiz, qalib ordu olmaqla yanaşı həm də yaşadığımız regionda sülhün qarantı rolunu oynayır.

26 İyun-Silahlı Qüvvələr Gününü hərbi rəşadət, şərəf və igidlik bayramına,Azərbaycan xalqınının-qalib xalqa çevrilməsi yolunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Vətən naminə hərbi əməliyyatlar zamanı yaralanan,sağlamlığını itirən döyüşçülərimizə Allahdan şəfa diləyirik.Azərbaycanın hərbi qüdrətinin artması,müdafiəsinin güclənməsi naminə müqəddəs və şərəfli xidmət sahiblərinə ehtiramımız bildirir,davamlı uğurlar arzulayırıq!

Əli Məsimli
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 456   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr