"Azərbaycan-Türkmənistan arasındakı dostluq münasibəti regionda sabitliyin və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir" - DEPUTAT

"Azərbaycan-Türkmənistan arasındakı dostluq münasibəti regionda sabitliyin və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir" - DEPUTAT"Azərbaycan-Türkmənistan münasibətləri siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, energetika, mədəni-humanitar əlaqələr və parlament diplomatiyası kimi müxtəlif istiqamətlər üzrə dinamik inkişaf edir".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik münasibətlər 9 iyun 1992-ci ildə qurulmuşdur:

"Bu gün iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və qarşılıqlı etimada, ortaq tarixə, mədəni köklərə, dil və mənəvi dəyərlərə əsaslanan qardaşlıq münasibətləri üzərində inkişaf edir.. Xüsusilə son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli siyasi dialoq və imzalanan çoxsaylı sənədlər münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun isə Azərbaycana səfərləri ikitərəfli əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə vermişdir.

İki ölkə arasında 89 sənəddən ibarət möhkəm müqavilə-hüquq bazası formalaşdırılmışdır. Bu sənədlər arasında 2017-ci il avqustun 8-də Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə" xüsusi əhəmiyyət daşıyır. Son dövrdə isə energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə, gömrük əməkdaşlığı, qida təhlükəsizliyi və xarici siyasət sahələrində yeni saziş və memorandumlar imzalanmışdır.

İqtisadi əməkdaşlıq Azərbaycan-Türkmənistan münasibətlərinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə fəaliyyət göstərən Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Ticarət dövriyyəsinin dinamikası da əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Xüsusilə ixracın dəfələrlə artması iqtisadi əlaqələrin genişlənməsinin göstəricisidir".

Deputat söyləyib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq tərəflər tərəfindən strateji əhəmiyyətli istiqamət kimi qiymətləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkmənistan arasında formalaşan nəqliyyat marşrutları yalnız iki ölkə üçün deyil, həm də daha geniş Avrasiya məkanı üçün mühüm əhəmiyyət daşıyır:

"Şərq-Qərb və Orta Dəhliz layihələrinin inkişafı fonunda hər iki ölkə Avropa ilə Asiyanı birləşdirən etibarlı tranzit qovşaqları kimi çıxış edir. Energetika sahəsində əməkdaşlıq da münasibətlərin əsas sütunlarından biridir. Zəngin enerji ehtiyatlarına malik olan Azərbaycan və Türkmənistan enerji təhlükəsizliyi, enerji resurslarının dünya bazarlarına çıxarılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
Parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Milli Məclisində Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda Türkmənistan Məclisində də Azərbaycanla dostluq qrupu yaradılmışdır ki, bu da qanunve rici orqanlar arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Mədəni-humanitar sahədə əlaqələr xüsusi yer tutur. Azərbaycan Mədəniyyəti Günlərinin Aşqabadda və Arkadağ şəhərində keçirilməsi, Türkmənistan mədəniyyət xadimlərinin Bakıda və Gəncədə təşkil olunan tədbirlərdə iştirakı xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması bu yaxınlığın rəmzi ifadəsidir".

Deputat vurğulayıb ki, Türkmənistan Qarabağın bərpası prosesinə dəstək göstərən ölkələrdəndir:

"Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasına başlanılması qardaş ölkənin Azərbaycana səmimi münasibətinin və həmrəyliyinin növbəti nümunəsidir.
Azərbaycan həmçinin Türkmənistanın beynəlxalq təşəbbüslərini, xüsusilə neytrallıq siyasətini daim dəstəkləyir. Türkmənistan da öz növbəsində Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul olunmasına fəal dəstək vermişdir. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaratmışdır.

Beləliklə, Azərbaycan-Türkmənistan münasibətləri siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, energetika, mədəni-humanitar əlaqələr və parlament diplomatiyası kimi müxtəlif istiqamətlər üzrə dinamik inkişaf edir. Tarixi dostluq və qardaşlıq üzərində qurulan bu münasibətlər regionda sabitliyin, qarşılıqlı rifahın və inteqrasiyanın güclənməsinə mühüm töhfə verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 624   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr