"Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu və qalib xalq kimi qeyd edirik" - Vüqar İskəndərov

"Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu və qalib xalq kimi qeyd edirik" - Vüqar İskəndərov"Artıq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 26 İyun - Silahlı Qüvvələr Günü qalıb xalq kimi qeyd edirik. 26 İyun - Silahlı Qüvvələr Günü təkcə hərbi bayram deyil, həm də dövlətçilik tariximizin, milli təhlükəsizlik strategiyamızın və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətlərin təntənəsi kimi də qiymətləndirmək olar".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu, dövlətimizin müdafiə potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin nəticəsi olaraq torpaqlarımız işğaldan azad olunmuş və soydaşlarımız öz dədə-baba yurdlarına geri qayıdırlar:

"Ulu Öndər Heydər Əliyevin başladığı milli dövlət quruculuğu strategiyasında ordu məsələsi hər zaman önəmli olub. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi əsas problemlərdən biri nizami ordunun olmaması və müxtəlif silahlı dəstələrin fəaliyyət göstərməsi idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, peşəkar və vahid komandanlığa tabe olan Milli Ordunun formalaşdırılmasına başladı. Ulu öndər Heydər Əliyevin yenidən qayıdışından etibarən Azərbaycan Silahlı Qüvvələri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu.1994-cü ildə atəşkəsin əldə olunması ordunun struktur baxımından möhkəmləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi üçün əlverişli şərait yaratdı. NATO ilə əməkdaşlıq proqramlarına qoşulma, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak və hərbi təhsil sisteminin inkişafı Azərbaycan Ordusunun müasir standartlara uyğunlaşdırılmasında mühüm rol oynadı. Ən önəmlisi isə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sının Silahlı Qüvvələr Günü elan olunması onun ordu quruculuğuna verdiyi yüksək qiymətin göstəricisidir. Ulu öndər Heydər Əliyevin başladığı siyasəti uğurla davam etdirən cənab prezident İlham Əliyev ordu quruculuğu sahəsində atdığı addımlar sayəsində Azərbaycan öz gücü hesabına ərazi bütövlüyümüzü tam bərpa edib. Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu siyasəti yeni mərhələyə yüksəlib. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təchizatı əsaslı şəkildə yenilənib, hərbi büdcə dəfələrlə artırılıb, ən müasir silah və texnologiyalar arsenalımıza daxil edilib. Nəticədə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. Azərbaycan Ordusunun gücü real döyüş meydanlarında öz təsdiqini tapıb. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığını nümayiş etdirib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqları azad edərək tarixi ədaləti və ölkənin ərazi bütövlüyünü bərpa edib. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin olunub. Cəmi bir gün davam edən əməliyyat Azərbaycan Ordusunun çevikliyini, peşəkarlığını və müasir döyüş imkanlarını bir daha nümayiş etdirib. Məhz buna görə də bu gün Azərbaycan Ordusu yalnız regionun deyil, Avrasiyanın ən müasir və peşəkar Silahlı Qüvvələrindən biri hesab olunur. Komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyətə başlaması, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə uyğun struktur islahatlarının həyata keçirilməsi ordunun gələcək inkişafının əsas istiqamətlərini müəyyən edir. Müdafiə sənayesinin inkişafı da milli təhlükəsizlik sisteminin mühüm komponentinə çevrilib. Yerli hərbi sənaye müəssisələrində istehsal olunan müasir silah və texnika ölkənin müdafiə imkanlarını genişləndirməklə yanaşı, strateji müstəqilliyi də gücləndirir. Bu gün hərbi qulluqçularımıza dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil təminatı, əməkhaqlarının artırılması və sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi dövlətin hərbçilərə göstərdiyi xüsusi diqqət və qayğının göstəricisidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 397   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr