"Fransa Ermənistan vasitəsilə regionumuzda öz maraqlarını həyata keçirməyə çalışır" - DEPUTAT

"Fransa Ermənistan vasitəsilə regionumuzda öz maraqlarını həyata keçirməyə çalışır" - DEPUTAT"Fransanın Cənubi Qafqazdakı fəaliyyəti regionda sülh və sabitliyi pozmağa yönəlib. Fransa hələ də Dağlıq Qarabağ münaqişəsinin bitdiyini qəbul etmək istəmir".

Bunu Sonxeber.az-a danışan Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, Fransanın Ermənistanı silahlandırması və hərbi əməkdaşlığı genişləndirməsi regionda militarizmi təşviq edir və yeni münaqişə ocaqlarının yaranmasına şərait yaradır. Bu da təbii ki, Ermənistanda revanşist qüvvələri cəsarətləndirir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizliyi təşviq edir. Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi anlaşılan deyil. Atılan addımlar bir daha Fransanın Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında maraqlı olmadığını sübut edir. Bu gün Fransa Ermənistan vasitəsilə regionumuzda öz maraqlarını həyata keçirməyə çalışır. Əlbəttə ki, bu yolverilməzdir.

Nədənsə ərazi bütövlüyünü və suverenliyimizin bərpa edilməsi rəsmi Parisə rahatlıq vermir. Fransanın ölkəmizə qarşı əvvəl gizlin olan aqressiv mövqe 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı mərhələdə daha da artdi. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa beynəlxalq hüququ tapdalayaraq işğalçı Ermənistana açıq dəstək verib. Bu ölkənin parlamentinin İkinci Qarabağ müharibəsindən sonra qəbul etdiyi sənədlər, separatçı rejimi tanımaq cəhdləri bunun göstəricisidir".

Deputat vurğulayıb ki, hazırda Azərbaycanla Ermənistanın arasında davam eden sülh danışıqları və əldə edilən irəliləyiş Fransanı narahat edir:

"Bir neçə gün öncə Fransa Milli Assambleyasına təqdim olunmuş sənəddə reallıqların təhrif olunması bu ölkənin Azərbaycana qarşı qərəzli mövqeyini bir daha təsdiqləyir. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımları və eləcə də ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasını sonlandırmasını tələb edirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 321   Tarix: 25 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

1 noyabr
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

31 oktyabr
.

Məryəm Üzərli Azərbaycana gələcək

"Möhtəşəm yüz il" serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Axşam.az xəbər verir ki, aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən "İmroz'da Bahar" filmidir. Ekran işinin qala gecəsi Azərbaycanda da keçiriləcək

31 oktyabr
.

Cavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"

Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris

31 oktyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

"Oğluma demişəm ki, biznesmen ol, sənətdə pul yoxdur"

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu oğlu Kamaldan danışıb. Axşam.az xəbər verir ki, şair "Qonaqcanlı" verilişində övladının incəsənətlə məşğul olmasını istəmədiyini bildirib:. "Oğlumun 17 yaşı var. Hazırda 11-ci sinifdə oxuyur. Universitetə hazırlaşır. Humanitar sahədən başqa hər şey

30 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr