Bu dəqiqələrdə Bakıda uzun tıxaclar yaranıb - DYP-dən açıqlama/ SİYAHI

Bu dəqiqələrdə Bakıda uzun tıxaclar yaranıb - DYP-dən açıqlama/ SİYAHINovruz şənlikləri ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar paytaxtın bir sıra istiqamətlərində sıxlıq yaşanır. Bir çox yerlərdə isə uzun tıxaclar yaranıb.

Sonxeber.az bildirir ki, bu barədə BakiPost.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hazırda bayram tədbirlərinin başlanılmasına hazırlıq işləri gedir: "Onunla bağlı olaraq bəzi ərazilərdə nəqliyyat sıxlığı yaşanır. Biz dünəndən məlumat vermişik ki, mümkün olduğu təqdirdə şənliklərin keçirildiyi ərazilər üzrə şəxsi avtomobillərdən istifadə edilməsin.

Bu gün Dənizkənarı Milli Parkda Neftçilər prospekti boyunca müxtəlif ərazilərdə Novruzun gəlişi ilə əlaqədar tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin İçərişəhər, Qoşa Qala Qapısı, Gənclər meydanı, Əziz Əliyev və digər ərazilərdə də bayram şənliklərinin keçirilməsi ilə bağlı həmin ərazilər üzrə təhlükəsizliyin təmin edilməsi zərurəti yaranıb. Çünki xeyli sayda iştirakçı var. Hər kəs də bu istiqamətlər üzrə şəxsi avtomobili ilə getmək istəyir. Amma şənliyə qoşulmaq istəyən hamı avtomobillə necə gedə bilər? Bu da istər-istəməz yoldakı vəziyyətə təsir göstərir".

Vaqif Əsədov bildirib ki, hazırda bəzi istiqamətlər üzrə yollarda təxminən 20-25 dəqiqəlik sıxlıq var: "Əməkdaşlarımız ərazi üzrə dayanıb hərəkəti tənzimləyir. Bu sıxlıq bir neçə yerdə var. Əsasən də mərkəzə doğru aparan əksər yollarda müşahidə olunur. Artıq Ziya Bünyadov prospekti də yüklənib.

Ümumiyyətlə, şənliklərin keçiriləcəyi istiqamətlər üzrə və ya şənliklərə qoşulmaq istəyənlər nəzərə almalıdır ki, şəxsi avtomobil ilə həmin əraziyə getmək mümkün deyil. Amma elə deyirlər ki, yox, birbaşa Neftçilər prospektinə gedib, oradan da piyada gedərəm. Məsələ ondadır ki, şənliklər Dənizkənarı Milli Park boyu keçirilir. Ona görə də avtomobillə gəlmək düzgün deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1287   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbi qulluqçunun vəzifələri artırılır

Hərbi qulluqçunun vəzifələri artırılır. APA-nın xəbərinə, bu, Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bu vəzifələr sırasın

7 may
.

Güclü dolu yağdı: Toy yarıda dayandı - VİDEO

Azərbaycanda may ayının əvvəlindən başlayan qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bir çox bölgələrə leysan xarakterli yağışlar yağıb, bəzilərinə isə dolu düşüb. Belə ki, sosial şəbəkələrdə hətta güclü dolunun "palatka" toyunu yarımçıq dayandırması ilə bağlı görüntülər də yayılıb

7 may
.

"Tərtər işi" ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib

Bu gün Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesd

7 may
.

Azərbayanda bu şəxslərə mənzil kirayəsi ilə əlaqədar pul veriləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. "Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliy

7 may
.

Şəhidin yeganə qardaşı vəfat etdi - Fotolar

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilib

7 may
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

6 may
.

Ən yüksək pensiya verilən ölkələr - SİYAHI

Müxtəlif ölkələrdə pensiya ödənişlərinin səviyyəsi iqtisadi sabitlik, sosial təminat sistemi və digər şərtlərdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. xarici mətbuata istinadən bildirir ki, ən yüksək pensiyalar yüksək həyat səviyyəsi və yaxşı işləyən sosial təminat sistemi olan inkişaf etmi

7 may
.

Hüseyn Həsənov Ədalət Şükürovun qızının toyunda

Rusiyada populyarlaşan bloger Hüseyn Həsənov Əməkdar artist Ədalət Şükürovun qızının toyunda iştirak edib. OLAY yazır ki, Hüseyn Jalənin xoş günündə yer alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Jalə bir neçə gün öncə Ənvər adlı bəylə ailə qurub

7 may
.

Sinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO

Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı

7 may