Təcili! Moskva İrəvanın xülyasına son qoydu

Təcili! Moskva İrəvanın xülyasına son qoyduMoskva görüşündən bu qənaətə gəlmək olar ki, İrəvanın siyasətində heç bir dəyişiklik olmayacaq.

Bu sözləri Serj Sərkisyanın Moskva səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert Rusiyanın hər zaman olduğu kimi, bu gün də Ermənistanın xarici siyasətində dominantlıq təşkil etdiyini bildirib:

"Bu vəziyyət nəinki dəyişməyəcək, hətta daha da dərinləşəcək. Ermənistan həqiqətən də artıq Rusiyanın bir parçasıdır. Moskva görüşündə verilən qərarlar bunu deməyə əsas verir. Belə ki, artıq iki ölkə arasında ticarət mübadiləsi dram və rublla aparılacaq. Reallıq ondan ibarətdir ki, Ermənistan bazarı Rusiyaya bağlıdır. Yeni vəziyyət bu bağlılığı daha da dərinləşdirəcək. Belə ki, Ermənistan daxili bazarında rus rubluna tələbat artacaq. Bu isə Ermənistan daxili bazarının tamamilə Rusiyanın nəzarətinə keçməsi deməkdir".

Politoloqun sözlərinə görə, Moskvada Qarabağla bağlı səslənən birgə bəyanat "İsgəndər" yalanlarına son qoyur:

"Moskva və İrəvan bu dəfə də birgə briqadanın yaradılması üzərində dayanıblar. Moskvanın əsas məqsədi regionda gedən proseslərə hərbi-siyasi nəzarəti gücləndirməkdir. Burada bir məsələ var ki, sülh zamanı bu bazanı Ermənistan idarə edəcək, müharibə şəraitində isə birbaşa Rusiya rəhbərlik edəcək. Bu, onu deməyə əsas verir ki, regionda müharibə baş verərsə, proselərə Rusiya nəzarət edəcək və bazalara istiqamət verəcək.

İsgəndər-M raketləri ilə bağlı söz-söhbətlər bitmək bilmir. Çox güman ki, Rusiya bu raket komplekslərini Ermənistana yox, məhz sözügedən hərbi qruplaşmaya verib. Yəni "İsgəndər"lər iki ölkə arasında yaradılacaq vahid orduda cəmləşəcək. Ona görə də ermənilərin müharibə başlayacağı təqdirdə Azərbaycanı "İsgəndər"lərlə hədələməsi tamamilə xülyadır".

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan martın 15-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Mənbə: axar.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4192   Tarix: 18 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Almatı görüşündə sülh müqaviləsinin şərtləri də müzakirə olunacaq" - Politoloq

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqi

6 may
.

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, ölkəmizi

6 may
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may
.

Azərbaycan lideri Slovakiyaya səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya səfərə dəvət olunub. xəbər verir ki, bu təkliflə Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında çıxış edib. "Ümid edirəm ki, münasib bildiyiniz bir vaxtda Slovakiyaya səfər edəsiniz və biz konstrukti

7 may
.

TÜRKSOY-un Baş katibi: Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir

Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir. "Report"un Ankara Bürosu xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edərkən deyib. Onun sözlərinə görə, şair bütün Türk dünyasının birlik rəmzidir

5 may
.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başlayıb

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini

3 may